scholarly journals XIX ƏSRDƏ AZƏRBAYCANDA MİLLİ ŞÜURUN FORMALAŞMASINDA MİRZƏ FƏTƏLİ AXUNDOVUN VƏ HƏSƏN BƏY ZƏRDABİNİN SOSİAL-SİYASİ İDEYALARININ ROLU

2021 ◽  
pp. 9-17
Author(s):  
Rafail Əhmədli

Məqalədə XIX əsrin əvvəllərində “Gülüstan” və “Türkmənçay” müqavilələri nəticəsində böyük bir xalqın və ölkənin ikiyə parçalandırılması nəticəsində Azərbaycanın taleyini çar Rusiyasının istədiyi kimi həll edib, zəngin tarixi və mədəniyyəti olan bir xalqı müstəmləkəsinə çevirməsi, xalqın dilini, dinini, etiqadını, adət-ənənələrini unutdurmağa çalışması araşdırılır. M. F. Axundovun əsərlərində Azərbaycan cəmiyyətinin sosial-siyasi və mənəvi yüksəlişinə yeni istiqamət verməsi, milli şüurun formalaşmasına çalışması, azadlığa nail olmağın yollarını göstərməsı, zülmü aradan qaldırmaq üçün məzluma düzgün istiqamət verməklə onları hərəkətə gətirmək istəyi təhlıl olunur. Eyni zamanda H. B. Zərdabinin yazılarında sosial ədalətsizliyə qarşı çıxması, insanların diqqətini mövcud cəmiyyətdəki qanunsuzluqlara yönəltməsi, nadanlıq buxovlarından azad olmağa səsləməsi, işıqlı ideyalar sahibi olan ziyalıları birləşdirməyə çalışması,milli və sosial-siyasi ideyalar sayəsində Azərbaycanda milli dirçəliş, milli şüur, siyasi müstəqillik və hətta dövlətçilik ideyaları formalaşdırmağa çalışması aydınlaşdırılır. Məqsəd: XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda milli şüurun formalaşmasında və milli dövlətçilik ideyasının inkişafında Mirzə Fətəli Axundov və Həsən bəy Zərdabinin rolunu aydınlaşdırmaq. Metodologiya: tarixilik və məntiqilik kontekstində təhlil. Elmi yenilik: XIX əsrin ikinci yarısından başlayaraq Quzey Azərbaycanda Avropa və ənənəvi İslam dünyagörüşünün qarşılıqlı əlaqəsi tədqiq olunur. Bu əsrin ikinci yarısından milli şüurun formalaşmasında, yeni sosial-siyasi münasibətlərin yaradılmasında Mirzə Fətəli Axundov və Həsən bəy Zərdabinin fəaliyyəti araşdırılır. Açar sözlər: XIX əsr, çar Rusiyası, din, sosial - siyasi, mənəvi, milli şüur, azadlıq, sosial ədalətsizlik, ideya, milli qurtuluş.

Sign in / Sign up

Export Citation Format

Share Document