Asetamenofenlə (parasetamol) ilə zəhərlənmə

2021 ◽  
Vol 1 (4) ◽  
pp. 94-100
Author(s):  
İ. N. Əfəndiyev ◽  
N. Z. Seyidov

Asetamenofen (parasetamol) dünyada ən çox istifadə edilən reseptsiz buraxılan analgetik vasitədir. Ehtiyatsızlıqdan uşaqların dərman təsirinə məruz qalma halları və qəsdən ozünü zəhərləmə hadisələrində böyük rol oynayır və bir çox qərb ölkələrində zəhərlənmələr üzrə informasiya mərkəzlərinə edilən zənglərə görə farmakoloji preparatlar arasında aparıcı yeri tutur. Azərbaycanda hadisələrin dəqiq sayı məlum deyildir. Lakin, uşaqlar və böyüklər arasında qızdırma və ağrı əleyhinə vasitə kimi geniş istifadəsini, eyni zamanda tərkibində parasetamol olan çoxlu sayda kombinasiya olunmuş preparatların mövcudluğunu nəzərə alaraq, doza həddinin aşırılmasının yüksək ehtimalı haqqında məlumatlı olmaq və parasetamolun doza həddinin aşırılması/parasetamolla zəhərlənmə hallarında görüləcək tədbirlər barədə biliklərə sahib olma böyük əhəmiyyətə malikdir. Parasetamol, eyni zamanda, dərman preparatlarının doza həddinin aşırılması ilə əlaqədar xəstəxanaya müraciət və hospitalizasiya halları zamanı ən çox qəbul edilən sadə preparatdır. Müasir dövrdə qaraciyər çatışmazlığı və ölüm az hallarda baş verən ağırlaşmalardır, lakin bu günlərdə də Qərb ölkələrində kəskin fulminant qaraciyər çatışmazlığının ayrı-ayrı etioloji səbəbləri arasında ən böyük pay parasetamola məxsusdur.

Sign in / Sign up

Export Citation Format

Share Document