AŞAĞI ƏTRAFLARIN KRİTİK İŞEMİYASI OLAN XƏSTƏLƏRDƏ MÜALİCƏ TAKTİKASI İLƏ PERİFERİK QAN VƏ YUMŞAQ TOXUMALARIN HEMOMİKROSİRKULYASİYA ŞƏBƏKƏSİNİN MORFO-FUNKSİONAL VƏZİYYƏTİ ARASINDA ƏLAQƏLƏR (korrelyasion statistik təhlil)

2021 ◽  
Vol 3 (1-2) ◽  
pp. 24-33
Author(s):  
Hasanov İ.A. ◽  
Kosayev J.V.

Tədqiqatın məqsədi aşağı ətraflarin kritik işemiyasi olan xəstələrdə qan formalı elementlərinin (QFE), həmçinin işemiyalı ətrafın yumşaq toxumaları hemomikrosirkulyasiya şəbəkəsinin morfo-funksional vəziyyəti ilə dolayı revaskulyarizasiya əməliyyatlarının perioperasion dövründəki müalicə taktikası arasındakı əlaqələri öyrənməkolmuşdur.Material və metodlar. Periferik qan morfoloji təhlilləri 162 xəstədə, yumşaq toxumaların hemomikrosirkulyasiya şəbəkəsi morfoloji analizləri isə 80 xəstədə icra edilmişdir. Müvafiq qeyri-parametrik göstəricilər arasında ikifaktorlu analzlər icra edilmiş, mümkün əlaqələrin xarakteri P=0,95 (p<0,05) etibarlılıq səviyyəsində korrelyasiya əmsalının (r) və Pirson uzlaşma kriterisinin (χ2) hesablanması ilə dəqiqləşdirilmişdir.Nəticələr: Perioperasion dövrdəki müalicədən sonra QFE-nin metabolik parametrlərinin bu və ya digər dərəcəli yaxşılaşması 162 xəstədən 101-də (62,3%) təsbit edilmişdir. Eritrositlərin oksigen doyumluğu indeksi “referens” göstəricilərə 162 xəstədən cəmi 3-də (1,9%) qayıtsa da, 86-da (53,1%) müəyyən müsbət dinamika izlənmişdir. Təhlillər aparılmış 80 xəstədən “müsbət dinamikalı” 40-da (50,0%) mikrosirkulyasiya şəbəkəsində dəyişən intensivlikli neoangiogenez aşkarlanmışdır. Həmin 80 xəstədən 34-də (42,5%) müalicənin sonunda qanmikrodamarlarının ümumi sıxlıq göstəricisinin artımı müəyyən edilmişdir. Nəticələrə əsasən, dolayı revaskulyarizasiyanın perioperasion dövründə müalicə taktikası ilə aşağı ətrafların kritik işemiyaya məruz qalmış yumşaq toxumalarında neoangiogenez, mikrosirkulyasiya şəbəkəsinin morfo-funksional vəziyyətil, eləcə də qan formalı elementlərinin metabolik funksional göstəriciləri arasında mürəkkəb xarakterli və dəyişən intensivlikli əlaqələr mövcuddur.Yekun: Aşağı ətrafların arteriyaların distal okklüziyası mənşəli kritik işemiyasında daha yaxşı yaxın və uzaq nəticələr sümükiliyidaxili lazer şualandırılması ilə revaskulyarizasiyaedici osteotrepanasiyanın venadaxili lazer şüalandırılması və sitokinoterapiya ilə kompleks tətbiqində alınmışdır.

Sign in / Sign up

Export Citation Format

Share Document