Journal of Theoretical Clinical and Experimental Morphology
Latest Publications


TOTAL DOCUMENTS

161
(FIVE YEARS 100)

H-INDEX

0
(FIVE YEARS 0)

Published By Uptodate In Medicine Llc

2618-0979, 2618-0960

2021 ◽  
Vol 3 (1-2) ◽  
pp. 33-39
Author(s):  
Kasamanli A.K.

İşin məqsədi İ.B.Qalant – B.A.Nikityuk – V.P.Çtesov sxemi üzrə təsnif olunan somatotiplərlə M.V.Çernorutski sxemi üzrə təsnif olunan somatotiplər arasındakı qarşılıqlı münasibətləri müqayisə etməkdən ibarətdir. Bu məqsədlə 755 nəfər 16-20 yaş dövrünə aid qızlar üzərində klassik antropometriya üsulu ilə tədqiqat işi aparılıb. Praktik tibbdə qəbul edilən M.V.Çernorutski sxemi üzrə müayinə edilən 16-20 yaşlı qızların somatotiplər üzrə təsnifat mənsubluqlarının təhlilini apardıq. Qeyd olunan sxem üzrə astenik, normostenik və hiperstenik bədən quruluşu tipləri ayırd edilib. Əldə etdiyimiz dəlillərə görə 16-20 yaşlı qızlar arasında normostenik somatotip təmsilçiləri üstünlük təşkil edib (43,3%), 35,6% hallarda – hiperstenik, 21,1% hallarda – astenik tip aşkarlanıb. Biz, həm də M.V.Çernorutski və İ.B.Qalant – B.A.Nikityuk – V.P.Çtesov sxemləri üzrə konstitusional qruplardakı bölgülərin uyğunluqlarını təhlil etdik. Əldə olunan dəlillərə görə normostenik (M.V.Çernorutski sxemi) bədən quruluşuna mənsub qadınlar arasında İ.B.Qalant – B.A.Nikityuk – V.P.Çtesov sxemi üzrə ayırd edilən mezoplastik somatotip (54,5%) üstünlük təşkil edib, nisbətən az hallarda – qeyri-müəyyən (20,2%) konstitusiya qrupu, subatletik (14,4%) və atletik (10,9%) somatotiplər aşkarolunub. Hiperstenik bədən quruluşuna malik 16-20 yaşlı qızlar arasında – piknik (40,2%) və europlastik bəstəboy (38,3%) somatotiplər üstünlüyə malik olub, az hallarda euriplastik hündürboylu (15,6%) somatotipə aid qızlara və qeyri-müəyyən (5,9%) konstitusiya qrupu nümayəndələrinə rast gəlinib. Astenik bədən quruluşu tipinə mənsub qızlararasında isə – stenoplastik somatotip (71,7%) üstünlük təşkil edib, az hallarda astenik ensizsümüklü (21,1%) və astenik enlisümüklü (7,2%) somatotip nümayəndələri askarlanıb.


2021 ◽  
Vol 3 (1-2) ◽  
pp. 99-106
Author(s):  
Mikailov U.S. ◽  
Mamedov Z.M. ◽  
Dadashov S.G. ◽  
Akhadov J.Sh.

Целью настоящего исследования является сравнительное изучение этиологии травм грудной клетки у лиц различных возрастных групп населения. Травмы являются третьей по значимости причиной смерти во всех возрастных группах после сердечно-сосудистых заболеваний и рака. Хотя травмы могут возникать во многихчастях тела, каждый четвертый пациент с травмой умирает из-за травмы грудной клетки или ее осложнений. Как и у всех пациентов с травмами, жизненные показатели являются одним из лучших индикаторов тупой травмы грудной клетки. Такие данные, как тахикардия и гипотония, очень ценны. Наличие триады Бека (вздутие шейных вен, гипотония, приглушенные тоны сердца) может указывать на тампонаду сердца. Ранняя диагностика и лечение важны для предотвращения смертности и осложнений упациентов с тупой травмой грудной клетки. По этой причине сбор анамнеза и физикальное обследование являются неотъемлемой частью подхода к таким пациентам. Методы расширенного обследования и визуализации очень ценны и более чувствительны для диагностики травм.


2021 ◽  
Vol 3 (1-2) ◽  
pp. 49-59
Author(s):  
Dokaeva T.S. ◽  
Kafarov E.S. ◽  
Vezirkhanov A.Z.

Целью исследования стало проведение трехмерного и количественного анализа артериального почечного русла для выявления источников сегментарных артерий. Было изготовлено 116 коррозионных препаратов артериальной системы почки человека с последующим 3D – сканированием для получения цифровых моделей. В 3D – проекции определяли типы разветвления магистральных ветвей почечной артерии, количество сосудов ветвей почечной артерии разных порядков в зависимости от типов ветвления каждой магистральной ветви: - количество артерий 1-го порядка (I); - количество сосудов 2-го порядка (II); - количество сосудов 3-го порядка (III); - количество сосудов 4-го порядка (IV). Данные морфометрического анализа обработаны методами вариационной статистики. Установлено, что на основе принципов фрактальнойструктуры интраорганного артериального русла почки и дихотомического ветвления его звеньев в почках, идентифицирование и конкретное обозначение звеньев не является возможным, так как при магистральном ветвлении имеется только одно звено (междолевая артерия), а при рассыпном - междолевые артерии 1-го и 2-го порядков, которые определяют уровень сегментарных артерий. Вследствие этого данные артерии не имеют обозначения в Международной анатомической номенклатуре и их количество варьирует от 6 до 10.


2021 ◽  
Vol 3 (1-2) ◽  
pp. 65-70
Author(s):  
Bahshiyev M.M ◽  
İbrahimova J.S.

Hazırda inkişaf etmiş ölkələrdə ürək-damar sistemi xəstəlikləri orta və ahıl yaşlı şəxslərdə ölümün əsas səbəbi olaraqqalmaqdadır. Qadınlarda kişilərə nisbətən ürək-damar sistemi xəstəliklərinin proqnozu daha pis olur. Göstəricilərdənməlum olmuşdur ki, birinci infarktdan və ya birinci infarktdan sonra bir il ərzində ölürlər, Lkain uzun illər ərzindəqadınalrda ürək-damar xəstəlikləri tədqiqatalrına daxil edilməmişdir. Tədqiqatlar nəticəsində hamiləliyin ağırlaşmışgdişatının yeni nozoloji forması aşkar edilmişdir. Belə ağırlaşmalar doğuşdan sonrakı dövrünün ağırlaşmasına və anaölümünə təsir göstərir. Lakin bu patologiyaya aid məlumatlar kifayət qədər zidiyyətlidir, əldə edilən mənbələr isəəsasən təsviredici xarakter daşıyır.


2021 ◽  
Vol 3 (1-2) ◽  
pp. 18-23
Author(s):  
Aghayev R. M. ◽  
Sadıkhov F.Q. ◽  
Aliyev F.X.

Tədqiqatın məqsədi qalxanabənzər vəzin autoimmun xəstəliyinin (autoimmun tireoiditin) diffuz forması olan xəstələrdə lazer fotodinamik terapiya zamanı qalxanabənzər vəzin morfoloji dəyişikliklərinin xarakterini və dinamikasını öyrənmək olmuşdur. Material və metodlar. İncə iynə ilə aspirasion biopsiyanın məlumatları və punktatın sitoloji müayinəsi əsasında lazerfotodinamik terapiya alan xəstələrdə qalxanabənzər vəzin sitomorfoloji dəyişikliklərinin xarakterinin qiymətləndirilməsi aparılmışdır. Tədqiqat işi 44 yaş ilə 61 yaş arasında olan 14 xəstənin müayinə və müalicəsinin nəticələrinə əsaslanır. Onlardan 12-si qadın, 2-si kişi olmuş, bütün xəstələrə autoimmun tireoiditin diffuz forması diaqnozu qoyulmuşdur. Qalxanabənzər vəzin fotodinamik terapiyasının aparılması üçün birdəfəlik seans ilə, şüalanmanın çıxış gücü 7Vt-a qədər, tənzimlənən və dalğa uzunluğu 662 ± 0,03 nm olan AFS "Harmony" lazer aparatından istifadə edilmişdir. Fasiləsiz rejimdə, şüalanmanın çıxış gücü 5Vt, 20-25 C/ sm2 enerji sıxlığında, ekspozisiyaya məruz qalma müddəti 12-15 dəq., işıqötürücü ilə xəstənin boynu arasındakı məsafə 10-12 sm olmuşdur. Həmçinin, xəstələrə "Solaris" aparatı ilə qanın venadaxili lazer şüalandırılması (λ = 630 nm), şüalanmagücü 5 mVt, ekspozisiya müddəti 15 dəq., 1 kursda 7-10 seans aparılmışdır. Fotodinamik terapiyadan sonra xəstələrin vəziyyətinə nəzarət, müalicə başlamazdan əvvəlki dövrdəki klinik müşahidə, ultrasəs müayinəsi və incə iynə ilə aspirasion biopsiyanın məlumatları ilə punktatın sitoloji müayinəsi və müalicədən sonrakı 5-ci, 15-ci və 30- cu günlərdəki müayinələri ilə müqayisəli şəkildə aparılmışdır.Nəticələr. Təklif olunan lazer fotodinamik terapiya metodu qalxanabənzər vəzin patoloji prosesinə dəqiq təsir göstərməyə imkan verir və müalicə hərtərəfli səmərəli effekt verir ki, bu da autoimmun iltihab əlamətlərinin daha tez aradan qaldırılmasına və xəstəyə farmakoloji yüklənmənin azalmasına, residivlərin 45%-dən 18%-ə enməsinə gətirib çıxardır.Yekun. Fotodinamik terapiya metodunun sadəliyi, tətbiqinin rahatlığı, etibarlılığı, qalxanabənzər vəzə termal təsirlərin olmaması, bu metodun klinik praktikaya tətbiqi üçün geniş imkanlar yaradır.


2021 ◽  
Vol 3 (1-2) ◽  
pp. 24-33
Author(s):  
Hasanov İ.A. ◽  
Kosayev J.V.

Tədqiqatın məqsədi aşağı ətraflarin kritik işemiyasi olan xəstələrdə qan formalı elementlərinin (QFE), həmçinin işemiyalı ətrafın yumşaq toxumaları hemomikrosirkulyasiya şəbəkəsinin morfo-funksional vəziyyəti ilə dolayı revaskulyarizasiya əməliyyatlarının perioperasion dövründəki müalicə taktikası arasındakı əlaqələri öyrənməkolmuşdur.Material və metodlar. Periferik qan morfoloji təhlilləri 162 xəstədə, yumşaq toxumaların hemomikrosirkulyasiya şəbəkəsi morfoloji analizləri isə 80 xəstədə icra edilmişdir. Müvafiq qeyri-parametrik göstəricilər arasında ikifaktorlu analzlər icra edilmiş, mümkün əlaqələrin xarakteri P=0,95 (p<0,05) etibarlılıq səviyyəsində korrelyasiya əmsalının (r) və Pirson uzlaşma kriterisinin (χ2) hesablanması ilə dəqiqləşdirilmişdir.Nəticələr: Perioperasion dövrdəki müalicədən sonra QFE-nin metabolik parametrlərinin bu və ya digər dərəcəli yaxşılaşması 162 xəstədən 101-də (62,3%) təsbit edilmişdir. Eritrositlərin oksigen doyumluğu indeksi “referens” göstəricilərə 162 xəstədən cəmi 3-də (1,9%) qayıtsa da, 86-da (53,1%) müəyyən müsbət dinamika izlənmişdir. Təhlillər aparılmış 80 xəstədən “müsbət dinamikalı” 40-da (50,0%) mikrosirkulyasiya şəbəkəsində dəyişən intensivlikli neoangiogenez aşkarlanmışdır. Həmin 80 xəstədən 34-də (42,5%) müalicənin sonunda qanmikrodamarlarının ümumi sıxlıq göstəricisinin artımı müəyyən edilmişdir. Nəticələrə əsasən, dolayı revaskulyarizasiyanın perioperasion dövründə müalicə taktikası ilə aşağı ətrafların kritik işemiyaya məruz qalmış yumşaq toxumalarında neoangiogenez, mikrosirkulyasiya şəbəkəsinin morfo-funksional vəziyyətil, eləcə də qan formalı elementlərinin metabolik funksional göstəriciləri arasında mürəkkəb xarakterli və dəyişən intensivlikli əlaqələr mövcuddur.Yekun: Aşağı ətrafların arteriyaların distal okklüziyası mənşəli kritik işemiyasında daha yaxşı yaxın və uzaq nəticələr sümükiliyidaxili lazer şualandırılması ilə revaskulyarizasiyaedici osteotrepanasiyanın venadaxili lazer şüalandırılması və sitokinoterapiya ilə kompleks tətbiqində alınmışdır.


2021 ◽  
Vol 3 (1-2) ◽  
pp. 82-89
Author(s):  
Aliyev R.A. ◽  
Mammadov F.E. ◽  
Shirinov M.A. ◽  
Mikailov U.S.

Ölümün baş vermə müddətinin təyini məhkəmə təbabətinin çətin və dəqiqləşdirilməmiş sahəsidir. Bu müddətin təyini hüquq-mühafizə orqanlarına böyük köməklik göstərir. Ölümün baş vermə müddətinin təyini üçün həşəratlardan istifadə edilməsi etibarlı üsuldur. Digər üsullara nisbətən daha dəqiq olan entemoloji üsul həm də mürəkkəb laboratoraraşdırmalar tələb etmir. Bundan başqa həşəratlar vasitəsi ilə ölümün baş vermə müddətinin təyini ilə yanaşı, həmçinin ölümün baş verdiyi yerin, ölümün səbəbinin, körpə və yaşlıların baxımsızlığının və s. təyini mümkündür. Məhkəmə entemologiyası məhkəmə-tibbi ekspertizaya kömək edən və ya onun yetərsiz olduğu hallarda, meyit üzərində tapılanhəşərat və ya digər buğumayaqlılar, onların yumurtaları, sürfələri və puplarına əsasən meyitin ölüm zamanının və digər müəmmalı məsələlərin müəyyənləşdirilməsinə əsaslanır. Həşəratların hüquqi araşdırmalarda istifadəsinin əsas səbəbi, naməlum şəxslərin meyitlərini ilk olaraq onların tapması və çürümənin istənilən mərhələsində olmaları iləyanaşı, həm də onların müxtəlif iqlim şərtlərinə və ərazilərə spesifik olmasıdır. Meyitlər, çürümə mərhələsindən asılı olaraq müxtəlif canlılar üçün qida mənbəyi rolunu oynayır. Bu canlılardan ən əhəmiyyətlisi həşəratlar olsa da mühitdən asılı olaraq ətyeyənlər, gəmiricilər, balıqlar və digər canlılar da meyitin parçalanıb dağılmasında iştirakedirlər. Həşəratlar yalnız açıqda qalmış meyitlərin deyil, eyni zamanda basdırılmış meyitlərin də parçalanıbdağılmasında əhəmiyyətli iş görürlər. Meyitin üzərinə gələn həşərat növləri sıra ilə bir-birlərini əvəz edir və sonrakı növlər üçün əlverişli şərait yaradırlar. Bu ardıcıllığa əsasən də meyitin ölüm müddətini təyin etmək mümkün olur.Məhkəmə entemologiyasında təkcə həşəratlardan deyil, eləcə də digər buğumayaqlılardan, xərçəngkimilərdən, hörümcəkkimilərdən, ibtidailərdən, göbələklərdən və s. istifadə edilir.


2021 ◽  
Vol 3 (1-2) ◽  
pp. 42-49
Author(s):  
Bayramo va G.M.

Целью исследования явилось оценка ультразвуковой диагностики развития ВПР плода у беременных женщин в I триместре.Проведен анализ 125 случая врожденных пороков развития (ВПР), выявленных при пренатальном ультразвуковом скрининге. Показано, что высокий удельный вес имеют ВПР центрально-нервной системы, врожденный порок сердца и множественные ВПР. Развивающиеся ВПР относятся преимущественно к средней категории тяжести.


2021 ◽  
Vol 3 (1-2) ◽  
pp. 39-42
Author(s):  
Bayramov M.I. ◽  
Akperov Kh.A.

Целью настоящей работы является выявить особенности гистохимического строения вегетативных нервных структур в стенках общих подвздошных артерий и артерий яичников белых крыс и сравнить их между собой. Материал и методы. Материалом для исследования послужили кусочки общих подвздошных артерий иартерий яичников, взятых у самок белых беспородистых крыс, весом 250-400 грамм. Секционный материал отбирался не позднее 1,5-2-х часов после умерщвления животных. В ходе исследования была использована В.Н.Швалева и Н.И.Жучковой (1979).Результаты исследования. В ходе исследования выявлено наличие в составе стенок указанных артерий хорошо заметной симпатической иннервациипредставленной как пучками параллельных симпатических волокон, так и сплетением симпатических терминальных аксонов. Они представлены волокнами разного диаметра, в основном среднего и крупного в составе стенок общих подвздошных артерий и мелкого, среднего диаметра в составе стенок артерий яичников белых крыс.Заключение. На основании анализа проведенного исследования выявлено, что в составе стенок общих подвздошных артерий и артерий яичников белых крыс от проксимального к дистальному направлению отхождения указанных ветвей наблюдается уменьшение диаметра симпатических волокон и одновременно увеличение плотности распределения сплетений указанных нервов.


2021 ◽  
Vol 3 (1-2) ◽  
pp. 90-99
Author(s):  
Sultanova M.C.

Bu məqaləni tərtib etməkdə əsas məqsədimiz uşaqlarda qabırğaların irsi anomaliyaları, qazanılmış xəstəlikləri və onların əsas radioloji aspektləri haqqında məlumat verməkdir.Qabırğalarda bir çox lokal və sistemik xəstəlikləri göstərən əlamətlər vardır. döş qəfəsinin rentgenoqrafiyasında aşkar olunan qabırğa anomaliyaları bilinən və ya şübhələnilməyən sümük displaziyalarının, ürək xəstəliklərinin, metabolik xəstəliklərin, travma və neoplazmaların əhəmiyyətli bir göstəricisidir. Qabırğaların qiymətləndirilməsindən əldə ediləndiaqnostik məlumatlar, xəstənin diaqnostik işini başa çatdırmaq üçün lazım ola biləcək müvafiq radioloji və laborator tədqiqatları uyğunlaşdırmağa kömək edə bilər.


Sign in / Sign up

Export Citation Format

Share Document