M.V.ÇERNORUTSKİ VƏ İ.B.QALANT – B.A.NİKİTYUK – V.P.ÇTESOV SXEMLƏRİNƏ MÜVAFİQ OLARAQ 16-20 YAŞLI QIZLARIN SOMATOTİPLƏŞDİRİLMƏSİ BÖLGÜLƏRİ ÜZRƏ NƏTİCƏLƏRİN MÜQAYİSƏSİ

2021 ◽  
Vol 3 (1-2) ◽  
pp. 33-39
Author(s):  
Kasamanli A.K.

İşin məqsədi İ.B.Qalant – B.A.Nikityuk – V.P.Çtesov sxemi üzrə təsnif olunan somatotiplərlə M.V.Çernorutski sxemi üzrə təsnif olunan somatotiplər arasındakı qarşılıqlı münasibətləri müqayisə etməkdən ibarətdir. Bu məqsədlə 755 nəfər 16-20 yaş dövrünə aid qızlar üzərində klassik antropometriya üsulu ilə tədqiqat işi aparılıb. Praktik tibbdə qəbul edilən M.V.Çernorutski sxemi üzrə müayinə edilən 16-20 yaşlı qızların somatotiplər üzrə təsnifat mənsubluqlarının təhlilini apardıq. Qeyd olunan sxem üzrə astenik, normostenik və hiperstenik bədən quruluşu tipləri ayırd edilib. Əldə etdiyimiz dəlillərə görə 16-20 yaşlı qızlar arasında normostenik somatotip təmsilçiləri üstünlük təşkil edib (43,3%), 35,6% hallarda – hiperstenik, 21,1% hallarda – astenik tip aşkarlanıb. Biz, həm də M.V.Çernorutski və İ.B.Qalant – B.A.Nikityuk – V.P.Çtesov sxemləri üzrə konstitusional qruplardakı bölgülərin uyğunluqlarını təhlil etdik. Əldə olunan dəlillərə görə normostenik (M.V.Çernorutski sxemi) bədən quruluşuna mənsub qadınlar arasında İ.B.Qalant – B.A.Nikityuk – V.P.Çtesov sxemi üzrə ayırd edilən mezoplastik somatotip (54,5%) üstünlük təşkil edib, nisbətən az hallarda – qeyri-müəyyən (20,2%) konstitusiya qrupu, subatletik (14,4%) və atletik (10,9%) somatotiplər aşkarolunub. Hiperstenik bədən quruluşuna malik 16-20 yaşlı qızlar arasında – piknik (40,2%) və europlastik bəstəboy (38,3%) somatotiplər üstünlüyə malik olub, az hallarda euriplastik hündürboylu (15,6%) somatotipə aid qızlara və qeyri-müəyyən (5,9%) konstitusiya qrupu nümayəndələrinə rast gəlinib. Astenik bədən quruluşu tipinə mənsub qızlararasında isə – stenoplastik somatotip (71,7%) üstünlük təşkil edib, az hallarda astenik ensizsümüklü (21,1%) və astenik enlisümüklü (7,2%) somatotip nümayəndələri askarlanıb.

Sign in / Sign up

Export Citation Format

Share Document