MƏHKƏMƏ TƏBABƏTİNDƏ ENTEMOLOGİYANIN ƏHƏMİYYƏTİ

2021 ◽  
Vol 3 (1-2) ◽  
pp. 82-89
Author(s):  
Aliyev R.A. ◽  
Mammadov F.E. ◽  
Shirinov M.A. ◽  
Mikailov U.S.

Ölümün baş vermə müddətinin təyini məhkəmə təbabətinin çətin və dəqiqləşdirilməmiş sahəsidir. Bu müddətin təyini hüquq-mühafizə orqanlarına böyük köməklik göstərir. Ölümün baş vermə müddətinin təyini üçün həşəratlardan istifadə edilməsi etibarlı üsuldur. Digər üsullara nisbətən daha dəqiq olan entemoloji üsul həm də mürəkkəb laboratoraraşdırmalar tələb etmir. Bundan başqa həşəratlar vasitəsi ilə ölümün baş vermə müddətinin təyini ilə yanaşı, həmçinin ölümün baş verdiyi yerin, ölümün səbəbinin, körpə və yaşlıların baxımsızlığının və s. təyini mümkündür. Məhkəmə entemologiyası məhkəmə-tibbi ekspertizaya kömək edən və ya onun yetərsiz olduğu hallarda, meyit üzərində tapılanhəşərat və ya digər buğumayaqlılar, onların yumurtaları, sürfələri və puplarına əsasən meyitin ölüm zamanının və digər müəmmalı məsələlərin müəyyənləşdirilməsinə əsaslanır. Həşəratların hüquqi araşdırmalarda istifadəsinin əsas səbəbi, naməlum şəxslərin meyitlərini ilk olaraq onların tapması və çürümənin istənilən mərhələsində olmaları iləyanaşı, həm də onların müxtəlif iqlim şərtlərinə və ərazilərə spesifik olmasıdır. Meyitlər, çürümə mərhələsindən asılı olaraq müxtəlif canlılar üçün qida mənbəyi rolunu oynayır. Bu canlılardan ən əhəmiyyətlisi həşəratlar olsa da mühitdən asılı olaraq ətyeyənlər, gəmiricilər, balıqlar və digər canlılar da meyitin parçalanıb dağılmasında iştirakedirlər. Həşəratlar yalnız açıqda qalmış meyitlərin deyil, eyni zamanda basdırılmış meyitlərin də parçalanıbdağılmasında əhəmiyyətli iş görürlər. Meyitin üzərinə gələn həşərat növləri sıra ilə bir-birlərini əvəz edir və sonrakı növlər üçün əlverişli şərait yaradırlar. Bu ardıcıllığa əsasən də meyitin ölüm müddətini təyin etmək mümkün olur.Məhkəmə entemologiyasında təkcə həşəratlardan deyil, eləcə də digər buğumayaqlılardan, xərçəngkimilərdən, hörümcəkkimilərdən, ibtidailərdən, göbələklərdən və s. istifadə edilir.

Sign in / Sign up

Export Citation Format

Share Document