scholarly journals Qalxanvari vəzin normal funksiyası və subklinik funksional pozuntuları və assosiasiya olunmuş patologiyalar zamanı qulaqciq fibrilyasiyasının rastgəlmə tezliyi və idarə olunması xüsusiyyətləri

2021 ◽  
pp. 39-43
Author(s):  
Mustafayev I.I. ◽  
Abbasova L.Y. ◽  
Ismayilova N.R.

Qulaqcıq fibrilyasiyası (QF) ən çox rast gəlinən və ciddi fəsadlar törədən mədəciküstü aritmiyadır. QF zamanı komorbid halların mövcudluğu bu aritmiyanın gedişini ağırlaşdırır, ölüm və əlillik riskini artırır. Təqdim olunmuş məqalədə QF ilə assosiasiya olunan komorbid halların rast gəlmə tezliyinin aşkarlanması barədə məlumat verilmişdir. Alınan nəticələr göstərir ki, pasiyentlərin 58,5%dəQF ilə yanaşı arterial hipertenziya, 78,7%də ürək çatışmazlığı, 12,1%də ŞDT2, 9,1%də isə metabolik sindrom aşkar olunmuşdur. Müayinə olunmuş pasiyentlərin bir qismində yuxarıda qeyd olunan patologiyaların müştərəkliyi aşkar olunmuşdur. Belə ki, pasiyentlərin əksər hissəsində 2 komorbid patologiya (AH və ÜÇ kombinasiyası – 39,4%, ÜÇ və ŞDT2 kombinasiyası – 4,04%), 8,08%də isə eyni zamanda 3 komorbidlik (AH, ÜÇ və ŞDT2) müəyyən olunmuşdur.

Sign in / Sign up

Export Citation Format

Share Document