scholarly journals Azərbaycanda covid19 pandemiyası ilə bağlı bilik, təcrübə və münasibətlərin öyrənilməsi məqsədilə əhali arasında aparılan sorğunun nəticələri

2021 ◽  
pp. 67-73
Author(s):  
Garakhanova M.S. ◽  
Mahbub-iIran S.

Sorğu Qızıl Aypara Cəmiyyətinin fəaliyyət göstərdiyi şəhər və rayonları əhatə etməklə Bakı, Abşeron, GəncəQazax, Lənkəran, Yuxarı Qarabağ, Mərkəzi Aran, Dağlıq Şirvan və QubaXaçmaziqtisadi rayonlarında keçirilib. Naxçıvan Muxtar Respublikası və işğal altında olan regionlar sorğuda əhatə edilməyib. Eyni zamanda işğal edilmiş rayonların etnik azərbaycanlı əhali qrupu da sorğuya cəlb olunub. Tədqiqata 16 yaşdan yuxarı respondentlər cəlb olunmuşdur. 18 yaşa qədər uşaqların tədqiqata cəlb olunması üçün öncə onların valideynlərinin razılığı alınmışdır. Beləliklə, COVID19pandemiyanın ilk aylarında həyata keçirilən tədqiqatın nəticələri əhali arasında qoruyucu vasitələrdən istifadə qaydaları, əllərin düzgün yuyulması, sosial məsafənin qorunmasının üstünlükləri ilə bağlı maarifləndirmə işinin daha da geniş və müntəzəm şəkildə həyata keçirilməsi zəruridir. Tibbi profilaktik vasitələri əldə etməkdə çətinlik çəkən şəxslərin bu vasitələrlə pulsuz təmin olunmasına müvafiq qurumların dəstək göstərməsi əhalinin yoluxma hallarının aşağı düşməsinə kömək olar.

Sign in / Sign up

Export Citation Format

Share Document