scholarly journals Bi̇r qəzəli̇n Nəsi̇mi̇si̇

HOMEROS ◽  
2021 ◽  
Vol 4 (3) ◽  
pp. 125-135
Author(s):  
Aida Gasımova

Bu məqalədə İmadəddin Nəsiminin (v.1417) “Yəqin, ya Rəbb, yüzündür rəqq-i mənşur.” mətləli qəzəli araşdırılır. Nəsimi Orta əsrlər Azəri-Türk şeirinin görkəmli simalarından biridir. Poeziyasında öz dövrünün dini-fəlsəfi düşüncəsinin rəngarəngliyini əks etdirən şairin adı hürufiliklə bağlıdır; O, Fəzlullah Astarabadinin davamçısı və hürufilik ideyalarının qızğın təbliğatçısı idi. Görünür, Nəsimi bu mistik cərəyanın görkənli nümayəndələrindən olub və onun poeziyası, eləcə də şəxsiyyəti bu sahədə o qədər məşhurlaşıb ki, hətta, ibn Həcər əl-Əsqalaniin (v. 1499) dediyinə görə, hürufilik (hürufiyyə) özü belə bəzən nəsimiyyə kimi tanınıb. Bu məqalədə əvvəl sufi-hürufi düşüncəsində, xüsusilə Nəsimi şeirində İnsan simasının əhəmiyyətindən bəhs edilir. Hürufi düşüncəsinə görə, Adəm ilahi kəlamın məzhəri idi. Adəmin göz, qaş və kiprikləri, ağzı və alını, yanaq və zənəxdanı, bütünlükdə üzü əlifbanın müqəddəs 28/32 hərfinin təcəssümü idi və İnsan siması Quranda zikr edilən “aşılanmış dəri üzərində yazılmış kitab”ın özü idi. (Q. 52: 2-3). Məqalədə daha sonra yuxarıda qeyd edilənən qəzəlin beytləri ardıcıllıqla təhlil edilir. Bu təhlildən aydın olur ki, üz və üz cizgiləri ilahi teofaniyanın – kəşf halının mühüm aspektini əks etdirir. Qəzəlin analizi zamanı dərinin, gözlərin, zülfün və dodaqların hürufilikdəki rəmzi mənaları açılır. Burada ilahi/dünyəvi Gözəlin vəsfində Quran ayələrinin və obrazlarıının, eləcə də Cənnət səhnələrinin rolu xüsusi qeyd edilir. Belə ki, Quran motivləri bir tərəfdən hürufi düşüncəsinin bəzi mühüm ideyalarını Qurana yaxından bələd olan Orta əsr auditoriyası üçün daha anlaşıqlı edir, digər tərəfdən isə poeziyaya xüsusi bədiilik verir. Mənim fikrimcə, bu şeir ilahi nurlanmanın məhsuludur və sufi-hürufi düşüncəsinin mühüm ideyalarını əks etdirir. Hər bir beyt ayrılıqda müəyyən dini-fəlsəfi fikir ifadə etsə də, şair bütün beytləri görünməz iplərlə bir-biri ilə əlaqələndirir.

Sign in / Sign up

Export Citation Format

Share Document