scholarly journals Nəsiminin divanlarında onomastik məcazlar və poetik-üslubi özəllikləri

HOMEROS ◽  
2021 ◽  
Vol 4 (3) ◽  
pp. 159-166
Author(s):  
Səadət Şıkıyeva

XIV əsr Azərbaycan ədəbiyyatının görkəmli şairlərindən olan Seyid İmadəddin Nəsimi sözün mümkün anlamlarını sənətkarlıqla istifadə edən həssas bir şair, kəlmələrə yeni mənalar qazandıran, ifadə imkanlarını daralda və ya genişləndirə bilən bir söz ustasıdır. Şairin təkcə ümumi deyil, xüsusi isimlərin də anlamları və yazı biçimlərinə yozum verə bildiyini görürük. Nəsiminin fərdi interpretasiyaları arasında şəxs adlarına yüklədiyi poetik anlamlar xüsusilə diqqəti çəkir. Şair təxəllüsü (Nəsimi) kimi öz adına (İmad), sələfi Hafız Şirazinin təxəllüs (Hafız) və adına (Şəmsəddin), mürşidi Fəzlullahın təxəllüs (Nəimi) və adlarına (Şəhabəddin, Fəzlullah), yaxın dostu və məsləkdaşı Əliyyül-Əlanın adına (Əli) müxtəlif fəlsəfi-bədii anlamlar yükləmişdir. Dini (hz. Ali və ona verilən çeşidli adlar (Əsədullah, Şiri-Yəzdan, Heydəri-Kərrar və s.)) və ədəbi (Nizami və qəhrəmanları (Xosrov, Şirin, Şəkkər…), Əttar və s.) adlardan yararlanan şair onlara poetik funksiyalar verməklə bədii təxəyyülün elementi kimi istifadə etmişdir. Hürufi şair mürşidini çeşidli adlarla xatırlasa da, məhz Fəzlullah onun poetik təxəyyülünün ilham qaynağıdır, məhz bu ad bir çox poetik və təsəvvüfi yozumlara yol açır. Göründüyü kimi, Nəsimi şeirində ədəbi, tarixi və xəyali adlar şeir sənətinin elementləri kimi istifadə olunur və poetik-üslubi xüsusiyyətlər kəsb edir.

Sign in / Sign up

Export Citation Format

Share Document