scholarly journals ALTERNATİV ENERJİ MƏNBƏLƏRİNİN İQTİSADİYYATIN İNKİŞAFINDA ROLU

2021 ◽  
Vol 06 (02) ◽  
pp. 11-19
Author(s):  
Sədaqət İbrahimova Sədaqət İbrahimova ◽  
Xaliq Qurbanov Xaliq Qurbanov

Dünya ölkələrinin uzun illər ərzində istifadə etdikləri ənənəvi enerji mənbəyi sayılan karbohidrogen ehtiyatlarının getdikcə tükənməsi dünyada alternativ və bərpa olunan enerji mənbələrindən istifadəni zəruri edir. Günəşdən, küləkdən, bioloji tullantılardan, dənizin dalğalarından alınan və heç bir tullantısı olmayan enerji resurslarından istifadənin üstünlüyü, ekoloji cəhətdən problemin olmaması və təbiəti heç bir zərərli tullantı ilə çirkləndirməməsidir. Alternativ energetika təkcə ətraf mühitin mühafizəsi üçün vacib deyil. O, ölkələrin, ərazilərin, təsərrüfat sistemlərinin neftdən və onun qiymətindən asılılığını da yumşaldır. Hesablamalara görə, gələcəkdə dünyada alternativ və bərpa olunan enerji mənbələri ETT və yüksək qabaqcıl texnologiyalar sayəsində ənənəvi enerji mənbələrinə nisbətdə ən sürətli inkişaf edən enerji mənbəyi olacaqdır. Qeyri-ənənəvi enerji mənbələrindən istifadə, iki vacib şərtə əsaslanır: yanacaq mənbəyinin bərpaolunanlığı və verilmiş ərazidə mövcudluğu. Azərbaycan günəşli və küləkli günlərin miqdarına görə tükənməz enerji potensialı baxımından əlverişli imkanlara - bərpa olunan təbii sərvətlərə malikdir. Günəş enerjisindən istifadə sahəsində 3000 Kvt-a qədər gücə malik elektrik stansiyaları qurmaqla ildə 13 min ton şərti yanacağa qənaət etmək, atmosferdə karbon qazını 23 min ton azaltmaq mümkündür. Ölkəmizdə külək enerjisinin illik potensial gücü 800 Mvt, yəni, 4 mlrd kvt/saat imkanındadır. Bu da ildə 1 milyon ton şərti yanacağa, 3.7 mln. ton karbon qazına qənaət deməkdir. Bundan əlavə respublika bioqaz, termal sular və dəniz dalğası kimi digər qeyri-ənənəvi enerji ehtiyatlarına da malikdir. Alternativ enerji mənbələrinin istifadəsi bu potensialın yüksək olduğu və ənənəvi yanacaq resurslarının çatışmadığı rayonlarda daha perspektivlidir. Azərbaycanda bu tip yerlər ucqar dağ kəndləri və dağlıq ərazilər, xüsusi mühafizə olunan təbiət əraziləri ola bilər. Azərbaycanın demək olar ki, bütün əraziləri zəngin alternativ enerji resurslarına malikdir. Açar sözlər: bərpa olunan enerji, alternativ enerji, hidroenergetika, enerji potensialı, Günəş enerjisi, elektrik stansiyaları, yanacağa qənaət, termal sular, dəniz dalğası, bioqaz.

Sign in / Sign up

Export Citation Format

Share Document