scholarly journals PUNKTUASİYAYA FUNKSİONAL YANAŞMA

InterConf ◽  
2021 ◽  
pp. 235-243
Author(s):  
Gulnar Asgarova

Məqalədə durğu işarələri sisteminin, yəni punktuasiyanın müasir dilçilikdə yeni baxış bucağından – semiotik-praqmatik, mətn dilçiliyi aspektlərindən bəhs olunur. Məqalədə qeyd olunur ki, hal-hazırda durğu işarələrinə münasibət ənənəvilikdən bir qədər fərqlənir. Çünki müasir dilçilikdə punktuasiya sisteminin yeni aspektləri əsasında tədqiqatlar aparılmaqdadır. Müasir dövrdə punktuasiya sisteminin mətn dilçiliyi aspektindən, semiotik və praqmatik baxımdan təhlili dilçiliyin bu sahəsinin nəzəri cəhətdən hələ də az öyrənildiyini göstərməkdədir. Punktuasiyaya funksional yanaşma durğu işarələrinə kompleks yanaşma, sistemli yanaşma deməkdir. Məqalədə semiotika nəzəriyyələrinin baniləri Çarlz Morris və Çarlz Pirsdən istinadlar verilir, durğu işarələrinin semiotik-praqmatik mahiyyəti izah olunur. Məqalədə durğu işarələrinə funksional yanaşmağın linqvistik önəmi göstərilir. Araşdırmada durğu işarələrinin mətn dilçiliyi baxımından söyləmin təşkilndə rolu təsbit olunur, yazılı mətnin təşkilində durğu işarələrinin müstəsna əhəmiyyəti diqqətə çatdırılır.

Sign in / Sign up

Export Citation Format

Share Document