Problems of Information Society
Latest Publications


TOTAL DOCUMENTS

144
(FIVE YEARS 69)

H-INDEX

1
(FIVE YEARS 1)

Published By Institute Of Information Technology Of Azerbaijan National Academy Of Sciences

2309-7566, 2077-964x

2021 ◽  
Vol 12 (2) ◽  
pp. 3-25
Author(s):  
Rasim Əliquliyev ◽  
◽  
Ramiz Alıquliyev ◽  
Yedgar Cəfərov ◽  
Fərhad Yusifov ◽  
...  

Məqalədə e-dövlət platformasında milli dillərin qorunması, mövcud vəziyyət və inkişaf perspektivləri araşdırılır. İnformasiya texnologiyalarının təsiri ilə sürətlə qloballaşan müasir dünyada dillərin qorunması aktual məsələlərdən birinə çevrilmişdir. Hazırda İnternet mühitində dilin qorunması və inkişafı ilə bağlı müxtəlif ideya və yanaşmalar vardır. Qloballaşma şəraitində müxtəlif təhlükələrlə üz-üzə qalmış milli dillərin qorunması və inkişafı üçün e-dövlət texnologiyalarından istifadə yeni imkanlar yaradır. E-dövlət platforması dövlət xidmətlərini və lazımi məlumatları hər kəs üçün əlçatan və asan edir. Bu imkanlardan irəli gələrək hazırda kosmopolit arxitektur-texnoloji həllərə əsaslanan e-dövlətlə bağlı aktual məsələlərdən biri də milli dillərin bu platformadakı yeri və rolunun müəyyənləşdirilməsindən ibarətdir. Eyni zamanda qloballaşma şəraitində virtual məkanda milli dillərin qorunması və inkişafı üçün hal-hazırda beynəlxalq səviyyədə geniş tətbiq olunan kosmopolit e-dövlətin milli e-dövlətə transformasiyası məqsədi ilə müvafiq həllərin tapılmasıdır. Məqalədə e-dövlət mühitində dilin yeri və roluna dair elmi-nəzəri yanaşmalar araşdırılmış, qloballaşmanın milli dillər üçün doğurduğu təhlükələr analiz edilmişdir. E-dövlət platformasının dillərin qorunması və inkişafı üçün yaratdığı imkanlar tədqiq olunmuş və təkliflər işlənilmişdir. Milli dilin qorunması və inkişaf istiqamətləri müəyyənləşdirilərək təhlil edilmişdir. Milli dillərin e-dövlətin tərkib hissəsinə çevrilməsi və bu platformanın bütün seqmentləri üzrə təbii inkişafının təmin olunması məqsədilə təbii dilin emalı, mətnin analizi metodlarından istifadə əsaslandırılmışdır. E-dövlət mühitində dövlət dilinin statusunun təmin olunması üçün həllər verilmiş, milli dil xidmətləri sisteminin konseptual modeli təklif edilmişdir. Təklif olunan modelin tətbiqi e-dövlət sistemində dilin müxtəlif funksional modulları üzrə məlumatların toplanmasına, təhlilinə, qiymətləndirilməsinə və onlardan məqsədyönlü şəkildə istifadəsinə imkan yaradacaqdır.


2021 ◽  
Vol 12 (2) ◽  
pp. 52-69
Author(s):  
Əlövsət Əliyev ◽  

Məqalədə elmi tədqiqat fəaliyyətinin nəticələrinin yeni texnologiyalara çevrilməsinin aktuallığı əsaslandırılmışdır. Elmin iqtisadiyyatla inteqrasiyasının dərinləşdirilməsi üçün innovativ fəaliyyətin stimullaşdırılması, innovasiyaların səmərəliliyinin yüksəldilməsinin zəruriliyi göstərilmişdir. Elmi innovasiyaların tətbiqi xüsusiyyətləri araşdırılmış, innovasiya fəaliyyətinin təkmilləşdirilməsi istiqamətlərində elmi tədqiqat işlərinin təhlili aparılmışdır. İşğaldan azad edilmiş ərazilərdə müasir texnologiyalar əsasında infrastruktur layihələrinin həyata keçirilməsi, həmçinin Elektron Qarabağ proqramının əhəmiyyəti göstərilimişdir. İnnovasiya fəaliyyətinin iqtisadi aspektləri tədqiq edilmiş, elektron innovasiyaların xüsusiyyətləri araşdırılmışdır. Elmi innovasiyaların kommersiyalaşdırılmasının əsas mərhələlərinin struktur analiz modeli təklif edilmişdir. İnnovasiyaların kommersiyalaşdırılmasının iştirakçıları arasındakı qarşılıqlı əlaqələr müəyyənləşdirilmişdir. İnnovasiya texnologiyalarının transferi, kommersiyalaşdırılması problemləri tədqiq edilmişdir. Qlobal innovasiya və iqtisadi indekslər üzrə Azərbaycanın mövcud vəziyyətinin təhlili aparılmışdır. Milli İnnovasiya Sisteminin tərkib hissələrini qiymətləndirmək üçün tətbiq edilən müxtəlif yanaşmalar tədqiq olunmuşdur. Elmi nəticələrin kommersiyalaşdırılması prosesini xarakterizə edən ilkin göstəricilər işlənilmiş, kommersiyalaşdırılma potensialının kompozit indeksini formalaşdıran indekslər təklif edilmişdir. Elmi tədqiqat nəticələrinin, innovasiya məhsullarının, nou-hau, biliklərin, ideyaların kommersiyalaşması üzrə tövsiyələr işlənilmişdir. Məqalədə tədqiqat obyekti olaraq elmi tədqiqat fəaliyyətinin nəticələrinin, elmi innovasiyaların kommersiyalaşdırılması prosesləri, tədqiqat predmeti isə həmin prosesin idarə olunmasının müxtəlif aspektləri qəbul olunmuşdur. Kommersiyalaşma prosesinin idarə olunmasıyla əlaqədar tövsiyələr işlənilmiş və onun inkişafı problemlərinin müəyyənləşdirilməsində informasiya nəzəriyyəsindən, sistemli yanaşma metodundan istifadə edilmişdir. Statistik analiz, ekonometrik modelləşdirmə üsulları, müasir İKT texnologiyaları, IV Sənaye inqilabının və s. əsas tələbləri, tendensiyaları nəzərə alınmışdır. Verilən tövsiyələr elmi tədqiqat fəaliyyətinin nəticələrinin və innovasiyaların kommersiyalaşdırılması proseslərinin səmərəli idarə olunmasının təşkilinə kömək edə bilər. Elmi tədqiqat fəaliyyətinin nəticələrinin kommersiyalaşdırılması istiqamətlərinin təkmilləşdirilməsi yeni iqtisadi idarəetmə şəraitində səmərəliliyin artırılmasına əlavə imkanlar yarada bilər.


2021 ◽  
Vol 12 (2) ◽  
pp. 131-144
Author(s):  
Rasim Mahmudov ◽  
Keyword(s):  

Son illər açıq dövlət məlumatlarına maraq sürətlə artmaqdadır. Artıq bir çox maraqlı tərəflər - dövlətlər, biznes, vətəndaş cəmiyyəti qurumları hesab edirlər ki, bu məlumatlar Big Data analitikasının tətbiqi ilə bir sıra faydalı məqsədlər üçün istifadə edilməklə dəyərə çevrilə, idarəetmənin, iqtisadi fəaliyyətin səmərəliliyinin artırılmasında, vətəndaşların sosial rifahının yaxşılaşdırılmasında mühüm rol oynaya bilər. Maraqlı tərəflərin hər biri öz fəaliyyət istiqamətlərinə uyğun dövlət məlumatlarından səmərəli şəkildə istifadə etməyə çalışırlar. Lakin açıq dövlət məlumatlarının dəyərə çevrilməsi, əlyetərliliyinin, sərbəst şəkildə istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra hüquqi, təşkilati, iqtisadi, metodoloji, sosial-mədəni problemlər mövcuddur. Məqalədə açıq dövlət məlumatlarının mahiyyəti, xüsusiyyətləri, dəyəryaratma potensialı göstərilir. Açıq dövlət məlumatları sahəsində beynəlxalq təşəbbüslər, qabaqcıl ölkələrin, eyni zamanda, Azərbaycanın atdığı addımlar, həyata keçirdiyi tədbirlər analiz edilir. Açıq dövlət məlumatlarının maraqlı olan tərəflərin – dövlətin, biznes və vətəndaş cəmiyyəti qurumlarının, medianın, tədqiqatçıların həmin aktivlərin dəyərə çevrilməsində rolu şərh olunur. Həmçinin müvafiq məlumatların dəyərə çevrilməsinə təsir göstərən texniki, iqtisadi, sosial-mədəni və siyasi amillər xarakterizə edilir. Eləcə də, müvafiq metodların analizi əsasında açıq dövlət məlumatlarının dəyərə çevrilməsinin qiymətləndirilməsi meyarları müəyyən olunur. Əyani misallarla açıq dövlət məlumatlarının dövlət və biznes üçün yaratdığı dəyərlər göstərilir. Eyni zamanda, açıq dövlət məlumatlarının dəyərə çevrilməsinə əngəl olan problemlər müəyyən edilmiş və onların həlli yolları göstərilir. Tədqiqat işində analiz, sintez, ümumiləşdirmə, sistemli yanaşma, multidissiplinar yanaşma, hüquqi normaların şərhi kimi metodlardan istifadə edilmişdir. Məqalədə əldə edilən nəticələr Azərbaycanda açıq dövlət təşəbbüslərinin effektli şəkildə həyata keçirilməsi, eləcə də, maraqlı tərəflərin bu məlumatları dəyərə çevirmələri üçün müvafiq strategiyaların hazırlanması və reallaşdırılmasında istifadə edilə bilər.


2021 ◽  
Vol 12 (2) ◽  
pp. 108-118
Author(s):  
İradə Ələkbərova ◽  

Dövlətin iqtisadi gücünü artırmaq, informasiya təhlükəsizliyini təmin etmək və sosial bərabərsizliyi aradan qaldırmaq məqsədilə vətəndaşların cəmiyyətdə rolunun müəyyən edilməsi və əhəmiyyətinə görə qiymətləndirilməsi vacib məsələlərdəndir. Müasir informasiya texnologiyalarının geniş tətbiqi ilə bir çox ölkələrdə dövlət orqanları və ayrı-ayrı şirkətlər fərdi məlumatlar əsasında vətəndaşları etimadına, nüfuzuna və davranışına görə qiymətləndirməyə çalışırlar. Belə qiymətləndirmə sosial kredit adlanır. İnkişaf etmiş ölkələrin bank sistemləri, sığorta şirkətləri, dövlət təşkilatları, dövlət idarəçiliyində, sosial-iqtisadi və bir çox məsələlərdə vətəndaşların və şirkətlərin sosial kreditini qiymətləndirən analitik sistemlər tətbiq edirlər. Məqalədə sosial kredit üzrə tədqiqatlar araşdırılmış, sosial kreditin qiymətləndirilməsi metodları təsnifatlandırılmışdır. Tədqiqatda müqayisəli analiz metodundan istifadə edilmiş, sosial kreditin qiymətləndirilməsində daha dəqiq nəticə əldə etmək üçün e-demoqrafiya sistemi ilə sosial kredit sisteminin qarşılıqlı əlaqəli işləməsi təklif olunmuşdur. Təklif olunan yanaşma e-dövlət mühitində cəmiyyətin daha səmərəli idarə olunması, sosial təhlükəsizliyin və vətəndaş məmnunluğunun təmin olunması üçün əhəmiyyətli ola bilər.


2021 ◽  
Vol 12 (2) ◽  
pp. 119-130
Author(s):  
Fərhad Yusifov ◽  
◽  
Aysən Fərəcova ◽  

Məqalədə e-idarəetmədə fərdi məlumatların qorunması sahəsində beynəlxalq təcrübə araşdırılmış və ümumiləşdirmələr aparılmışdır. E-idarəetmədə məlumatların təhlükəsizliyinin təmin olunması sahəsində bir sıra ölkələrin təcrübəsi, o cümlədən Estoniya hökumətinin qəbul etdiyi “Data səfirliyi” konsepsiyası tədqiq olunmuşdur. “Data səfirliyi” konsepsiyası hökumətin yerli məlumat mərkəzlərinin fəaliyyətinin təbii fəlakət, geniş miqyaslı kiberhücum və ya digər böhran vəziyyətində dayandırıldığı bir şəraitdə fəaliyyətini davam etdirməsinə imkan verir. Bununla yanaşı, “Data səfirlikləri” daha yüksək əlyetərlilik zəmanəti versə də, bəzi verilənlərin və ya xidmətlərin qorunması, məlumatın məxfiliyi və bütövlüyü ilə bağlı problemlər səbəbilə hazırda fərdi (xüsusi) buludda yerləşdirilməsi mümkün deyil. Azərbaycanda fərdi məlumatların qorunması sahəsində mövcud vəziyyət və hökumət buluduna keçid prosesi analiz olunmuşdur. Hökumət buludu konsepsiyası dövlət orqanlarının malik olduğu informasiya sistemlərinin beynəlxalq standartlara cavab verən vahid data mərkəzi infrastrukturunda dayanıqlı, çevik, təhlükəsiz və səmərəli fəaliyyətinə zəmin yaradır. Hökumət buluduna keçidin mühüm komponetlərindən biri təhlükəsizliyin təmin olunmasıdır. Məqalədə Milli Data mərkəzinin arxitekturunun həm fiziki, həm də kibertəhlükələrə qarşı təhlükəsizlik tədbirləri göstərilmişdir. Beynəlxalq təcrübədə məlumatların buluda ötürülməsi və təhlükəsizliyinin təmin olunmasına dair müxtəlif yanaşmalar olmasına baxmayaraq, rəqəmsal fasiləsizlik təşəbbüsü dövlət xidmətlərinin əlyetərli olmasını, real vaxtda və istənilən vəziyyətdə istifadə oluna bilməsini və yenilənməsini tələb edir. Hökumət buluduna keçid səmərəli e-idarəetmə mexanizmlərinin işlənməsinə, məlumat mübadiləsinin təhlükəsizliyinin təmin olunması üçün təhlükəsizlik həllərinin işlənməsinə və fərdi məlumatların qorunmasına, e-xidmətlərin keyfiyyətinin artırılmasına və vətəndaş məmnuniyyətinin yüksəldilməsi imkan verəcəkdir.


2021 ◽  
Vol 12 (2) ◽  
pp. 83-94
Author(s):  
Rəsmiyyə Mahmudova ◽  
◽  
Könül Daşdəmirova ◽  

Hazırda əhalinin böyük hissəsi informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə vitrual mühitə inteqrasiya olunur və informasiya cəmiyyətinin vətəndaşına çevrilir. Cəmiyyətdə informasiyanın, informasiya resurslarının və texnologiyalarının rolunun artması informasiya cəmiyyətində şəxsin, cəmiyyətin, dövlətin maraqlarının qorunması və informasiya təhlükəsizliyinin təmin olunması zəruriyyətini önə çıxarır. Tədqiqat işində informasiya cəmiyyəti mühitində şəxsin, cəmiyyətin və dövlətin maraqlarına təsir göstərə bilən təhdidlər analiz olunmuş, informasiya təhlükəsizliyinin əsas prinsipləri, onun təmin edilməsinin bəzi metodları tədqiq edilmişdir. İnformasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində xarici ölkələrin təcrübəsi araşdırılmış, Azərbaycanda informasiya təhlükəsizliyinin hüquqi təminatı sahəsində görülmüş işlər və aparılan elmi-nəzəri tədqiqatlar araşdırılmışdır. Tədqiqat işində müqayisəli analiz, monitorinq, təsnifatlandırma kimi tədqiqat metodlarından istifadə olunmuşdur. Tədqiqatdan əldə edilən ilkin nəticələr informasiya cəmiyyəti mühitində informasiya təhlükəsizliyi problemlərinin daha geniş tədqiq olunması üçün faydalıdır və informasiya təhlükəsizliyi problemlərini araşdıran tədqiqatçılar tərəfindən mənbə kimi istifadə oluna bilər.


2021 ◽  
Vol 12 (2) ◽  
pp. 38-51
Author(s):  
Yadigar İmamverdiyev ◽  
Keyword(s):  

Geoinformasiya sistemləri (GİS) informasiya texnologiyalarının ən sürətlə inkişaf edən istiqamətlərindən biridir. GİS texnologiyaları kartoqrafik və tematik informasiyanı uzlaşdırılmış vahid strukturda inteqrasiya etməyə və geniş məsələlər sinfi üçün çoxsəviyyəli, əyani həllərin operativ işlənməsini təmin etməyə imkan verir. Dövriyyədə olan məlumatların ümumi tərkibində məkanla bağlı məlumatlar üstünlük təşkil edir, həm də onların həcmi və generasiya sürəti hər il bir neçə tərtib artır, buna görə ixtiyari geoverilənlərin emalı üçün Big data əsasında tamamilə yeni modellər və metodlar tələb edilir. Məqalədə GİS-lərin müasir vəziyyətinin qısa analizi aparılır və Big data metodları əsasında onların inkişafının perspektiv istiqamətlərinə baxılır. Geoinformasiya sistemlərinin mahiyyəti, onların strukturu və GİS-də informasiyanın analizi barədə qısa məlumat verilir. İntellektual geosensorlar şəbəkəsindən daxil olan məkan-zaman verilənlərini real zamanda emal etməyə qadir olan geoinformasiya texnologiyalarının qurulması problemləri analiz edilir. Əsas tədqiqat metodları modelləşdirmə, müqayisəli və təsviri metodlar, analogiya, analiz və sintez metodlarıdır; əsas tədqiqat yanaşmaları sistemli, kompleks və situativ yanaşmadır. Alınmış nəticələrin ölkədə milli məkan verilənləri infrastrukturunun formalaşdırılması, GİS sahəsində elmi tədqiqatların təkmilləşdirilməsi və məkan məlumatlarının təhlükəsizliyi üzrə tədbirlər kompleksinin işlənməsində faydalı olacağı gözlənilir.


2021 ◽  
Vol 12 (2) ◽  
pp. 26-37
Author(s):  
Мисир Марданов ◽  
◽  
Рамин Рзаев ◽  

Процесс принятия решений является наиболее признанным видом интеллектуальной деятельности человека, который представляется как непрерывная цепь многокритериальных выборов, вырабатываемых и реализуемых в условиях воздействия многочисленных факторов разнообразной природы. В статье с учетом наличия неопределенностей человеческого фактора каждый университет рассматривается как гуманистическая образовательная система, а оценка уровня его конкурентоспособности и вычисление соответствующего рейтинга представляются как слабо структурированная проблема, которая имеет не только количественные, но и качественные характеристики.


2021 ◽  
Vol 12 (2) ◽  
pp. 95-107
Author(s):  
Məmməd Həşimov ◽  

Son dövrlərdə “ağıllı şəhər” (AŞ) ifadəsi geniş istifadə edilməyə başlayıb, elmi konfranslarda, seminarlarda, texnoloji forumlarda, siyasi qurumlarda və hətta vətəndaşların gündəlik həyatında getdikcə daha çox istifadə olunur. AŞ informasiya və kommunikasiya texnologiyalarından istifadə edərək vətəndaşlara səmərəli xidmətlər göstərmək üçün perspektivli bir həll kimi qəbul edilir. AŞ-ın yaradılmasında məqsəd vətəndaşların həyat keyfiyyətini yaxşılaşdırmaq və şəhər xidmətlərinin effektivlik səviyyəsini artırmaqdır. Məqalədə AŞ-ın mövcud vəziyyəti və gələcək perspektivləri barədə məlumat verilmişdir. AŞ statusu almaq üçün tələb olunan əsas komponentlər təhlil edilmişdir. AŞ konsepsiyasının həyata keçirilməsində istifadə olunan qabaqcıl texnologiyalar analiz edilmişdir. AŞ mühitində məlumatların toplanması və ötürülməsi üçün istifadə olunan şəbəkə standartları göstərilmişdir. Eyni zamanda, AŞ mühitini əhatə edən xidmətlərin vətəndaşlar və dövlət qurumları üçün yaratdığı üstünlüklər barədə məlumat verilmişdir. Məqalədə AŞ lahiyələrini dünyanın bır sıra ölkələrində uğurla həyata keçirən şəhərlər araşdırılmışdır. AŞ konsepsiyasının reallaşdırılmasında mövcud olan problemlər analiz edilmiş və müəyyən təkliflər verilmişdir. İşin yerinə yetirilməsində müqayisəli təhlil və sistemli yanaşma metodlarından istifadə edilmişdir. Məqalədə əldə edilən nəticələr AŞ konsepsiyasının elmi-nəzəri problemlərinin həlli, həmçinin bu konsepsiyasının formalaşması məsələlərində istifadə edilə bilər.


2021 ◽  
Vol 12 (2) ◽  
pp. 70-82
Author(s):  
Fərhad Yusifov ◽  
◽  
Nərminə Axundova ◽  

Rəqəmsal texnologiyaların, İnternet və sosial medianın insan həyatına daxil olması demoqrafik davanışların araşdırılması üçün yeni informasiya mənbələri, verilənlər təqdim etmiş olur. Məqalədə e-demoqrafiya sisteminin məlumatları əsasında demoqrafik xarakteristikaların analizi məsələsi araşdırılmışdır. Demoqrafik proseslərin idarə edilməsi, demoqrafik davranışların araşdırılması, demoqrafik tədqiqatların aparılması üçün e-demoqrafiya sisteminin yaradılması aktual məsələlərdən biridir. Məqalədə e-demoqrafiya quruculuğu sahəsində mövcud beynəlxalq təcrübə araşdırılmış, vahid əhali reyestrinin yaradılması sahəsində aparılan tədqiqatların mövcud vəziyyəti analiz olunmuşdur. E-demoqrafiya sisteminin qurulması üçün müxtəlif sahələr üzrə elektron reyestrlərin fərdi identifikasiya nömrəsi vasitəsi ilə vahid platformaya inteqrasiya olunması təklif olunmuşdur. Məqalədə e-demoqrafiya sisteminin məlumatları əsasında demoqrafik xarakteristikalar analiz olunmuşdur. Aparılan eksperimentdə xaricdə təhsil almış məzunların demoqrafik xarakteristikaların analizi məsələsinə baxılmışdır. Məqalədə demoqrafik verilənlərin analizi üçün K-means alqoritmindən istifadə olunmuşdur. Məzunların yaşı cinsi, ailə vəziyyəti, təhsil səviyyəsi, ixtisası, təhsil aldığı ölkə və s. göstəricilərinə görə demoqrafik analizlər aparılmışdır. E-demoqrafiya sosial tədqiqatların və əhaliyə dair məlumatların monitorinqinin aparılması üçün yeni imkanlar yaradır. E-demoqrafiya sisteminin yaradılması əhali statistikası, onlayn siyahıyalma üzrə monitorinqlərin aparılması, demoqrafik proseslərin dərin təhlil olunması və demoqrafik davranışların öyrənilməsinə imkan verəcəkdir.


Sign in / Sign up

Export Citation Format

Share Document