SCIENTIFIC WORK
Latest Publications


TOTAL DOCUMENTS

700
(FIVE YEARS 700)

H-INDEX

1
(FIVE YEARS 1)

Published By International Scientific Journal On Humanitarian And Social Sciences

2663-4619, 2663-4619

2021 ◽  
Vol 73 (12) ◽  
pp. 33-36
Author(s):  
Arzu Ağanəhmət qızı Mirzəyeva ◽  

İdiomlar dilşünaslıqda sabit söz birləşmələri, frazeoloji birləşmələr, frazeologizmlər və s. adlar altında verilmişdir. İdiom- İdioma yunan mənşəli sözdür. Mənası özünəməxsus xüsusiyyətlərə malik ifadə deməkdir. Həqiqi mənalı sözlərin qarşılığı olub onu məcazi məna ilə birləşdirən sabit söz birləşməsinə idiom deyilir. İdiomların ifadə etdiyi məfhum isə başqa söz birləşmələrinə nisbətən daha konkret olur. İdiomlar sözün ekvivalenti, yəni məcazi məna ilə verilən sinonimi kimi dildə özünü göstərir. İdiomlar milli xüsusiyyətlərə malik olduğuna görə hər bir xalqın dilindəki idiomları öyrənməklə həmin xalqın mədəniyyəti, tarixi və yaşayış tərzi ilə yaxından tanış olmaq mümkündür. İdiomların əsas xüsusiyyətlərindən biri də onların obrazlı emosional ifadələr olmasıdır. Onlar hər hansı bir anlayışı ayrı-ayrı sözlərdən dəfələrlə təsirli və obrazlı əks etdirir. İdiomların özünəməxsus kateqoriyaları onu digər dil vahidlərindən fərqləndirir. İdiomlar dilin orijinal vasitəsi, varlığı və zənginliyidir. İdiomların belə maraqlı xüsusiyyətləri dilçiliyin müxtəlif sahələri ilə məşğul olan alimləri – leksikoqrafları, üslubiyyatçıları, qrammatikləri, folklorşünasları da çox düşündürmüş və onları elmi təhhqiqat işlərinə cəlb etmişdir. Azərbaycan dilində idiomlar ismi və feili olmaqla 2 qrupa bölünür. Açar sözlər: sabit söz birləşmələri, idiomlar, frazeoloji vahidlər, obrazlı ifadələr, milli süsusiyyətlər


2021 ◽  
Vol 73 (12) ◽  
pp. 91-96
Author(s):  
Sərxan Ənnağı oğlu Qafarov ◽  

İnnovasiya müəssisələrdə, riskləri minimuma endirmək, davamlı böyümə və rəqabət üstünlüyü təmin etmək üçün vacib bir anlayışdır. İnnovasiya yeni məhsullarda və istehsal proseslərində müsbət təsirlər ilə iqtisadi faydalar təmin edir. İnnovasiya ilə risk alma və uğursuzluq ehtimalı nəzərə alınmalıdır. Müəssisələrin innovativ fəaliyyətlərlə daha səmərəli və səmərəli işləməsi mümkündür. Məqalədə innovasiya və sahibkarlıq haqqında nəzəri məlumatlar veriləcək, iki anlayışın qarşılıqlı əlaqəsi və sinerjisi vurğulanaraq qiymətləndirmə aparılacaqdır Açar sözlər: İnnovasiya, sahibkarlıq, texnologiya, inkişaf, risk


2021 ◽  
Vol 73 (12) ◽  
pp. 16-21
Author(s):  
İlhamə Saleh qızı Rüstəmova ◽  
Keyword(s):  

“Çayld Haroldun ziyarətləri”, Lord Bayron tərəfindən dörd kantoda yazılmış avtobioqrafik əsərdir. I və II kantolar 1812-ci ildə, III kanto 1816-cı ildə, IV kanto isə 1818-ci ildə nəşr olundu. Bayron özünün poetik şöhrətini ilk iki kantonun nəşri ilə qazandı. Dünya ədəbiyyatında Çayld Harold romantik qəhrəmanın etalonudur. Gündəlik həyatdan bezmiş cazibədar gənc həyatın mənasını duymaq üçün naməlum ölkələrə üz tutur. Poema geniş şəkildə təqlid edildi və Bayronun təbii gözəllik səhnələrini düşünərkən həzin xəyallara dalan sərgərdan qəhrəmanının kultuna töhfə verdi. Onun avtobioqrafik subyektivliyi təkcə ədəbiyyata deyil, musiqi və rəssamlıq sənətinə də geniş təsirə malik oldu və Avropa romantizminin güclü tərkib hissəsinə çevrildi. Açar sözlər: romantizm, romantik qəhrəman,azadlıq, şöhrət, təqlid etmək


2021 ◽  
Vol 73 (12) ◽  
pp. 28-32
Author(s):  
Зейнаб Шахвалад гызы Рустамова ◽  
Keyword(s):  

Müasir alman dilinin altı indikativ zaman forması iki zaman perspekti (istiqamət) yaratmaq məqsədi daşıyır: indiki, keçmiş, gələcək kimi (mütləq zaman mənası); eyni vaxtda - hərəkətlərin müxtəlifliyi (nisbi zaman dəyəri). Formalar müxtəlif nitq şəraitində işləndikdə onların çoxmənalılığı özünü göstərir, formaların çoxsaylı kəsişməsi, mənalarının yaxınlaşması, sinonimliyi müşahidə olunur. Ona görə də zaman formaların mənasını ifadə edəerkən həmin beş zaman sferasına görə izah etmək məqsədəuyğundur: eyni vaxtda, müxtəliflik, indiki, keçmiş, gələcək zaman ifadə edir. Açar sözlər: Alman dili, indiki, keçmiş, gələcək, zaman formaları


2021 ◽  
Vol 73 (12) ◽  
pp. 86-90
Author(s):  
Kənan Sadiq oğlu Orucov ◽  

Ölkəgə turizm infrastrukturu turizm sektorunun uğurlu fəaliyyətinin və davamlı inkişafının ən mühüm komponentidir. Turizm sahəsində infrastruktur turizm məhsulunun keyfiyyətinin təmin edilməsinə və həyata keçirilməsinə birbaşa təsir göstərməklə yanaşı, onun qiymətini və dəyərini müəyyən edir. Turizm infrastrukturu turizmin inkişafının maddi və təşkilati əsasını təşkil edən obyekt və qurumların məcmusudur. Məqalədə turizm infrastrukturunun mahiyyəti və onun tərkib hissələri açıqlanır. Turizmin əsas funksiyaları təhlil edilmişdir. Açar sözlər: turizm,turizm infrastrukturu,turizmin əsas funksiyaları, turizmin inkişafı, inkişaf prespektivi


2021 ◽  
Vol 73 (12) ◽  
pp. 76-80
Author(s):  
Alagöz Nazim qızı Əlixanova ◽  
Keyword(s):  

Məqalədə dizayn incəsənətin bir növü kimi təqdim olunur. Dizayn nəzəriyyəsində incəsənətin və dizaynın nisbəti problemi xüsysu yer tutur. Tədqiqatçılar tərəfindən müxtəlif baxış bucaqları, nəzər nöqtələri ifadə olunur, onların hamısının əsasını hər bir tədqiqatçının özünəməxsus dünyagörüşü təşkil edir. Bu zaman dizayn anlayışına insan dəyərlərinə öz baxışı, mədəniyyətə və texniki tərəqqiyə dair öz münasibəti sərgilənir ki, bu zaman hər bir mütəxəssis malik olduğu peşə təhsilinə və digər fərdi keyfiyyətlərə söykənir. Tədqiqatçıların böyük əksəriyyətinin rəyinə görə, dizayn kütləvi incəsənətin xüsusi bir formasıdır, çünki, incəsənət əsərləri olduğu kimi, dizaynerin ərsəyə gətirdiyi məhsul da bir yaradıcılıq fəaliyyətin nəticəsidir. Layihə-konstruktor fəaliyyətinin müstəqil bir növü olaraq, dizayn öz spesifik xüsusiyyətlərinə malikdir ki, onların mahiyyəti incəsənətin və sənaye istehsalın sintezindən ibarətdir. Açar sözlər: dizayn, üsul, layihə, konsepsiya, metod, texnologiya, problem


2021 ◽  
Vol 73 (12) ◽  
pp. 103-107
Author(s):  
Sabina Rasim Isgandarova ◽  

Demokratik idarəetmə üslubu, işçilər biznes qərarları ilə bağlı rəy bildirə və ya məlumat verə bildikdə istifadə olunur. Avtokratik idarəetmə biznes sahibinə bütün qərarların qəbul edilməsinə və şirkətə biznes mühitində rəhbərlik etməyə cavabdeh şəxs olmasına imkan verir. Hər bir işçi üçün mümkün olan ən yaxşı iş mühiti yaradıldıqda, bu, paternalist idarəetmə kimi tanınır. Açar sözlər: marketinq, alqoritm, bizines, idarəçilik, işçi


2021 ◽  
Vol 73 (12) ◽  
pp. 97-102
Author(s):  
Xəyal Sahib oğlu Abbaszadə ◽  

Bu məqalədə əsas insan hüquq və azadlıqlarının məhdudlaşdırılmasının mahiyyətinə dair hüquqi baxışların təkamülünə nəzər salınmaqla, insan hüquq və azadlıqlarının məhdudlaşdırılması hüquqi kateqoriyasının məzmunu açıqlanır, hüquq və azadlıqların məhdudlaşdırılması məqsədləri, vasitələri və hədləri, insan hüquq və azadlıqlarının məhdudlaşdırılması sahəsində beynəlxalq hüququn yeri və rolu aydınlaşdırılır, məhdudlaşdırılma standartları, eyni zamanda heç bir məhdudiyyətə məruz qalmayan hüquq və azadlıqları təhlil edilir, normal şəraitdə eləcə də fövqəladə vəziyyətdə yol verilən insan hüquq və azadlıqlarının məhdudlaşdırılması məsələsi şərh olunur. Məqalənin məqsədi həmçinin, əsas insan hüquq və azadlıqlarına qoyulan məhdudiyyətlərin anlayışını və məzmununu açmaq, insan hüquq və azadlıqlarının qanuni məhdudlaşdırılması sahəsində beynəlxalq hüquq normalarını təhlil etmək, beynəlxalq hüquqda məhdudlaşdırılma sistemini göstərmək və bu sahədə mövcud çatışmazlıqları müəyyən etməkdən ibarətdir. Açar sözlər: Beynəlxalq hüquq, insan hüquq və azadlıqları, Avropa Konvensiyası, məhdudlaşdırma, mütənasiblik


2021 ◽  
Vol 73 (12) ◽  
pp. 22-27
Author(s):  
Elnarə Adil qızı Məmmədova ◽  

Böyük türkoloq M.Kaşğari ərəb dilçilik məktəbinin nümayəndəsidir. Ərəb dilçiliyində geniş yayılmış ənənəyə görə lüğətlərdə adlarla feillər ayrı-ayrı təqdim olunur. M.Kaşğari də bu ənənəyə sadiq qalaraq “Divan”dakı feilləri ayrıca təqdim etmişdir. Türk dillərinin canı feildir. Bütün nitq hissələrinə aid sözləri özündə ehtiva edən bu lüğətdə feillər xüsusi çəkiyə malikdir. Ona görə də abidədəki feilləri geniş öyrənmək, təhlil apararaq, tarixi inkişafına işıq salmaq qərarına gəldik. M.Kaşğari “Divan”ındakı feillər təkcə Azərbaycan dilçiliyində deyil, eləcə də türkologiyada ilk dəfə leksik-qrammatik cəhətdən sistemli şəkildə tədqiq olunur. Məqsədim müasir dildəki feillərin tarixi təkamülyolunu izləmək, feillərin yaranma imkanlarını müəyyənləşdirmək olmuşdur. Elə buna görə qədim türk dilinin geniş mənzərəsini özündə əks etdirən, dilimizin tarixi inkişafına işıq salan M.Kaşğari “Divan”dakı feilləri geniş təhlil etmək qərarına gəldik. Açar sözlər: türk dilləri, leksik-semantik, dillərin fonetikası, müqayisəli qrammatika, feil yaradan şəkilçilər, tematik qruplar, morfoloji əlamətlər, sintaktik vəzifələr


2021 ◽  
Vol 73 (12) ◽  
pp. 48-52
Author(s):  
Arzu Ağanəhmət qızı Mirzəyeva ◽  

İdiomlar dilşünaslıqda sabit söz birləşmələri, frazeoloji birləşmələr, frazeologizmlər və s. adlar altında verilmişdir. İdioma yunan mənşəli sözdür. Mənası özünəməxsus xüsusiyyətlərə malik ifadə deməkdir. Həqiqi mənalı sözlərin qarşılığı olub onu məcazi məna ilə birləşdirən sabit söz birləşməsinə idiom deyilir. İdiomların ifadə etdiyi məfhum isə başqa söz birləşmələrinə nisbətən daha konkret olur. İdiomlar sözün ekvivalenti, yəni məcazi məna ilə verilən sinonimi kimi dildə özünü göstərir. İdiomlar milli xüsusiyyətlərə malik olduğuna görə hər bir xalqın dilindəki idiomları öyrənməklə həmin xalqın mədəniyyəti, tarixi və yaşayış tərzi ilə yaxından tanış olmaq mümkündür. İdiomların əsas xüsusiyyətlərindən biri də onların obrazlı emosional ifadələr olmasıdır. Onlar hər hansı bir anlayışı ayrı-ayrı sözlərdən dəfələrlə təsirli və obrazlı əks etdirir. İdiomların özünəməxsus kateqoriyaları onu digər dil vahidlərindən fərqləndirir. İdiomlar dilin orijinal vasitəsi, varlığı və zənginliyidir. diomların belə maraqlı xüsusiyyətləri dilçiliyin müxtəlif sahələri ilə məşğul olan alimləri – leksikoqrafları, üslubiyyatçıları, qrammatikləri, folklorşünasları da çox düşündürmüş və onları elmi təhhqiqat işlərinə cəlb etmişdir. Azərbaycan dilində idiomlar ismi və feili olmaqla 2 qrupa bölünür. Açar sözlər: Qoşma, feili birləşmə, idiom, məcazi məna, obrazlılıq, ifadəlilik


Sign in / Sign up

Export Citation Format

Share Document