SCIENTIFIC RESEARCH
Latest Publications


TOTAL DOCUMENTS

6
(FIVE YEARS 6)

H-INDEX

0
(FIVE YEARS 0)

Published By International Scientific Journal On Humanitarian And Social Sciences

2789-6919

2021 ◽  
Vol 01 (04) ◽  
pp. 24-29
Author(s):  
Aybəniz Pərviz qızı Yəhyalı ◽  
Keyword(s):  

Vətən müharibəsinin uğurlu sonluğu bölgədə qüvvələr nisbətini dəyişdi, yeni reallıq yaratdı. İndi biz tək deyilik. Qardaş Türkiyə artıq yanımızda, siyasi masadadır. Qarabağda atəşkəsə türk əsgəri də nəzarət edəcək. Ankaradan ən yüksək səviyyədə mesajlar gəlməkdə davam edir: biz Azərbaycanın yanında olmağa davam edəcəyik. Bu siyasi-mənəvi dəstək gücümüzə güc qatır, Ermənistanın havadarlarını müdaxilədən çəkindirir. Azərbaycan və Türkiyə prezidentlərinin bir-birinə qardaş deyə müraciət etməsi, ay-ulduzlu bayraqlarımızın yanaşı dalğalanması dostlarımız üçün fəxarət, bədxahlarımıza göz dağıdır. Bu gün 30 il davam edən status-kvo da yoxdur. Status məsələsi gündəlikdən çıxıb. Əvəzində Qarabağın dağılmış şəhər və kəndlərinin bərpası planlarının icrası başlayıb. Dünyadakı çoxsaylı münaqişələrin və müharibələrin gedişinə nəzər salsaq görərik ki, son nöqtəni güclü tərəf qoyur. Azərbaycan xalqının Qarabağ uğrunda 44 günlük Vətən müharibəsi buna ən yeni nümunədir. Ötən 17 ildə güc topladıq, düşmənin başını dəmir yumruqla vurub əzdik. Otuz il davam edən işğala, ədalətsizliyə 44 gündə son qoyuldu. Açar sözlər: arxiv, sənəd, Qarabağ, tarix



2021 ◽  
Vol 01 (04) ◽  
pp. 7-10
Author(s):  
Validə Eldar qızı Ağayeva ◽  

Tərbiyəvi tədbirlər sırasına disputlar da daxildir ki, tələbələrin mənəvi keyfiyyətlərinin formalaşmasında bunlar əhəmiyyətli rol oynayır. Disput özünün məqsədi, məzmunu, ideya istiqaməti cəhətindən təlim prosesinin davamıdır. Disputlar yanlış əxlaqi təsəvvürlərlə düzgün əxlaqi təsəvvürləri qarşılaşdırmağa və müxtəlif əxlaqi görüşlərin bir-biri ilə müqayisəsi əsasında, onların hansının düzgün olub-olmadığını müəyyən etməyə imkan verir. Disput şifahi təbliğatın asan və maraqlı formasıdır. Disputun əsas məqsədi tərbiyə prosesini mənəvi keyfiyyətlərə yönəltməkdən ibarətdir. Disputların müntəzəm, mütəşəkkil, sistemli təşkili və keçirilməsi cansıxıcılığı və formalizmi aradan qaldırır. Disputlar gənclərin dünyagörüşünün formalaşmasına görə lazımdır. Onların şifahi nitqinin inkişafına təsir etməklə, həm də onlarda prinsipiallıq tərbiyə edir. Açar sözlər: ünsiyyət, şifai nitq, mənəvi, disput, mübahisə



2021 ◽  
Vol 01 (04) ◽  
pp. 19-23
Author(s):  
Nazrin Afiq Zeynalova ◽  

One of the most important and developing problems of the 21st century is copyright infringement. İn analyzing the topic of legal liability for copyright infringement in the advertising industry, we will analyze the essence of advertising in the advertising industry, existing copyright in the advertising industry, how to protect copyright and what is the legal liability for copyright infringement in the advertising industry. Key words: advertising, copyright, subjects, object, sanction, infringement, liability for infringemen,, civil liability, criminal liability, administrative responsibility



2021 ◽  
Vol 01 (04) ◽  
pp. 11-14
Author(s):  
Həlimə Ağaşükür qızı Ağayeva ◽  

Məqalədə esse və inşa yazılardan bəhs olunur. Nitq mədəniyyəti dilçiliyin praktik sahəsi olub, dildən ünsiyyət vasitəsi kimi istifadə qaydalarını öyrənir. Ana dilinin tədrisində son məqsəd məhz şagirdlərə əldə etdikləri bilikləri savadlı şəkildə düzgün, rabitəli və məzmunlu ifadə etməyi öyrətməkdir. Esselər yalnız şagirdlərin ümumi nitq inkişafının deyil, həm də savadlı yazı vərdişlərinin vasitəsidir. Esse üzərində işin düzgün qurulduğu siniflərdə orfoqrafik savadlılığı da yüksək olur. Onlar yazılışı çətin sözlər işlətməkdən, çətin qaydaları tətbiq etməkdən qorxmurlar. Esse yazılara orfoqrafik cəhətdən hazırlaşmaq leksik hazırlıqla sıx bağlıdır, çünki şagirdlər üçün yeni sözlərin bir çoxu mənası ilə yanaşı, yazılışına görə də anlaşılmaz olur. Məhz bu cəhətdən esselərin yazılmasını daha da çətinləşdirir. Açar sözlər: nitq mədəniyyəti, yazı, esse, inşa



2021 ◽  
Vol 01 (04) ◽  
pp. 15-18
Author(s):  
Nigar Qurban qızı Hüseynova ◽  
Keyword(s):  

Məqalədə turizm sənayesinin investisiya inkişafının əsas problemlərindən və perspektivlərindən bəhs edilir. Turizm sənayesində investisiya fəaliyyətinin inkişafının əsas tendensiyaları da təsvir edilmişdir. İnvestisiyaların necə proqnozlaşdırıldığı və planlaşdırıldığı, investisiya prosesinin necə təşkil edildiyi, investisiyaların coğrafi baxımdan hara yönəldildiyi, vəsaitlərin hansı məqsədlər üçün və nəyə yatırıldığı, investorun kim olduğu və layihəni kimin həyata keçirməsi vacibdir. Açar sözlər: turizm, investisiya, xarici investisiya, klaster, inkişaf



2021 ◽  
Vol 01 (04) ◽  
pp. 30-33
Author(s):  
Nigar Məhyəddin qızı Mehdiyeva ◽  

Ümumilikdə 44 gün davam edən İkinci Qarabağ müharibəsinin tərəflərindən biri olan Ermənistan müharibənin aparılmasına dair beynəlxalq hüququn norma və prinsiplərini kobud qaydada pozaraq çoxsaylı müharibə cinayətləri törətmişdir. Bu müharibə cinayətləri bir daha Ermənistanın təcavüzkar dövlət olduğunu, beynəlxalq hüquqa hörmət etmədiyini göstərmiş olur. Bu cinayətlərin təşkilinə görə məsuliyyəti Ermənistanın hərbi-siyasi hakimiyyəti daşıyır və onların məhkəmə qarşısına çıxarılaraq mühakimə olunması təmin edilməlidir. Beynəlxalq ictimaiyyət bu hüquqazidd əməllərin cəzasız qalmasına imkan verməməli və sadalanan bütün mümkün mexanizmlər vasitəsilə cinayətkarların cəzalandırılması üçün Azərbaycana dəstək nümayiş etdirməlidir. Açar sözlər: İkinci Qarabağ müharibəsi, müharibə cinayətləri, pozuntu, məsuliyyət, beynəlxalq humanitar hüquq, mülki əhali



Sign in / Sign up

Export Citation Format

Share Document