Ağstafaçay və Ağstafaçay Su Anbarının mikrobioloji rejimi və ekoloji vəziyyəti
Tədqiqatın məqsədi. transsərhəd sularımızın əsası sayılan Kür-Araz çaylarının çoxsaylı qollarından biri, ölkə- mizdən kənarda,Ermənistanda kəskin çirklənən Ağstafaçay və Ağstafaçay su anbarında aparılan ekoloji-mikrobioloji tədqiqatların nəticələri təqdim etməkdir.. Tədqiqatın material və metodları.Mikrobioloji tədqiqatlar üçün su və lil-qrunt nümunələri Ağstafaçay və Ağstafaçay su anbarından nümunələr götürülmüşdür.Bütün nümunələr aseptik qaydalara riayət olunmaqla mikrobioloji analiz- əkmələr aparılmışdır. Tədqiqatın gedişində A.S.Razumov(su) və S.V.Vinoqradski(lil-qrunt)üsuluna əsasən,fizioloji qrupa aid və enterobakter cinsinə məxsus bakteriyalar V.İ.Romanenko,S.İ.Kuznetsovun mikrobioloji-laboratoriya işləri metoduna müvafiq işlənmişdir. Tədqiqatın nəticələri. Ağstafaçay su anbarında fizioloji qrupa məxsus olan bakteriyalardan ammonlaşdırıcı, deni- tratlaşdırıcı,sulfatlaşdırıcı, sərbəst azotmənimsəyənlər (aeroblardan Azotobacter cinsi, anaeroblardan isə Clostridium pasteurianum) və sellülozaparçalayanlar ayrıca öyrənilmişdir.Su anbarı şəraitində isə aerob bakteriyalar əsasən suyun üst təbəqəsində (0,5-1m),anaeroblar isə başlıca olaraq dərin sahələrin dib qatında və lil-qruntda inkişaf edirlər. Göstərilən bakteriyalardan sayca çoxluq təşkil edənlər-ammonlaşdırıcı bakteriyalar daha geniş yayılmışdır. Yekun. Ağstafaçay su anbarından məişətdə istifadə edilməsinin təhlükəli olmasını əsaslandıran göstəricilərdən biri,bütün il boyu sularda enterobakter cinsinə məxsus koliform bakteriyaların əldə edilməsidir.İlin fəsillərində sayca çox az dəyişən koliform bakteriyaların ümumi sayı çay sularında,orta hesabla 69ml,su anbarında isə 43ml təşkil edir.Beləliklə Ağstafaçay ölkəmizdən kənarda üzvi-fekal çirklənməyə məruz vəziyyətdədir.