NATURE AND SCIENCE
Latest Publications


TOTAL DOCUMENTS

147
(FIVE YEARS 147)

H-INDEX

0
(FIVE YEARS 0)

Published By International Scientific Journal On Humanitarian And Social Sciences

2707-1146, 2709-4189

2021 ◽  
Vol 15 (10) ◽  
pp. 20-24
Author(s):  
Ələddin Əlirza oğlu Tağıyev ◽  
◽  
Svetlana Səməd qızı Süleymanova ◽  
Nahidə Yəhya qızı Namazova ◽  
Könül Xudaverdi qızı Abbasova ◽  
...  

Seleksiya prosesində toplanmış zəngin başlanğıc seleksiya materialları intensiv tipli pambıq sortları yaradılmasına imkan verir. Seleksiya prosesinin bütün mərhələləri üzrə hibrid, seleksiya və sortluq materiallar kompleks təsərrüfat göstəricilərinə, viltə və quraqlığa davamlılığına, toxumda yağın miqdarına, botaniki morfoloji əlamətlərə, fenotipdə eynilik dərəcəsinə görə orqanoloji qiymətləndirilib və hər cürə ekstremal şəraitə davamlı, öz sələflərindən daha potensiallı yeni pambıq sortları yaratmaq istiqamətində geniş axtarışlar aparılır. İstiqamətli seleksiya işi nəticəsində yaradılmış yüksək məhsuldarlığa və lif çıxımına, vilt xəstəliyinə davamlı, tezyetişən və yüksək texnoloji lif keyfiyyətinə malik perspektivli pambıq sortları olan Gəncə-205, Gəncə-242 və Gəncə-256 sortları “Bitki sortlarının qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti”nə təqdim edilmişdir. Açar sözlər: pambıq, sort, qoza, lif çıxımı, seleksiya, vilt


2021 ◽  
Vol 15 (10) ◽  
pp. 9-13
Author(s):  
Рена Агамирза гызы Алиева ◽  
◽  
Севиндж Закир гызы Оруджева ◽  
Keyword(s):  

First aid is a set of measures aimed at maintaining human life and health, used before the provision of specialized medical care to victims of accidents, injuries, poisoning and other conditions and diseases, threatening their life and health, used by participants in the provision of first aid. Anyone who is close to the victim can become a participant in the first aid. Keywords: poisoning, suffocation, first aid, causes, emergencies


2021 ◽  
Vol 15 (10) ◽  
pp. 25-29
Author(s):  
Günel Sərdar qızı Əmiri ◽  
Keyword(s):  

Tədqiqat işi Şəmkir rayonunda yerləşən “Süleyman” kəndli fermer təsərrüfatında, “Zoomühəndislik fakültəsinin” “Heyvandarlıq məhsullarının istehsalı texnologiyası” kafedra-sının laboratoriyasında aparılmışdır. Tədqiqat zamanı Gəncə-Qazax zonasında iri buynuzlu heyvanların qidalı maddələrə olan tələbatının hesablanması və yem rasionunun tərtibinin öyrənilməsi, elmi tədqiqat işlərinin istifadə edilməsinin əhəmiyyəti və keyfiyyəti göstərilmişdir. Heyvanların böyüməsi, inkişafı, məhsuldarlığı iri buynuzlu heyvanların damazlıq keyfiyyətinin təkmilləşdirilməsi xeyli dərəcədə tam qiymətli yemləmədən asılıdır. İri buynuzlu heyvanların tam dəyərli yem rasionu ilə yemləndirilməsi nəinki çəki artımının yüksəlməsinə, həmçinin yemlərin və yem payının tərkibində olan qida maddələrinin orqanizm tərəfindən yaxşı mənimsənilməsinə müsbət təsir göstərir. Açar sözlər: inək, qidalı maddələr, yem rasionu, saxlayıcı yem, məhsuldar yem, reproduktiv yem, Ca, P, NaCl, karotin


2021 ◽  
Vol 15 (10) ◽  
pp. 5-6
Author(s):  
Ulduz Yunis qızı Səfərova ◽  
◽  
Şəfiqə Cahangir qızı Cəfərova ◽  

Məqalədə müasir elmi tədqiqatlara və araşdırmalara əsaslanaraq, oksigenin reaktiv formalarının hüceyrədə fizioloji və patoloji rolu, növləri, bioloji xüsusiyyətləri, antioksidant sistemin fəaliyyəti kimi məqamlar öz əksini tapmışdır. Oksigenin reaktiv formaları aerob tənəffüs zamanı, elektron nəqliyyat zəncirinin ara məhsulları olaraq sintez olunur. ORF-ı hüceyrədəki konsentrasiyasından, sintez və parçalanma səviyyəsindən, hüceyrə komponentlərinə təsir müddətindən asılı olaraq həm fizioloji həm də patoloji proseslərdə iştirak edirlər. Açar sözlər: oksigenin reaktiv formaları (ORF), elektron nəqliyyat zənciri, antioksidant, oksidativ stress, aerob tənəffüs


2021 ◽  
Vol 15 (10) ◽  
pp. 14-19
Author(s):  
Həcər Nazim qızı Həsənova ◽  

Tədqiqat işində qida borusunun xərçəngi xəstələrində yaranan mənfəz daralmaların aradan qaldırılmasında özüaçılan metalik stentlərlə endoskopik stentləşmə üsulu zamanı baş verən erkən və gecikmiş ağırlaşmalar təhlil edilmiş və onların korreksiya üsulları təqdim edilmişdir. Tədqiqata 2017-2018-ci illər ərzində Milli Onkologiya Mərkəzinin endoskopiya şöbəsində müayinə və müalicə alan 44 nəfər stenozla müşayiət olunan qida borusunun xərçəngi xəstələri daxil edilmişdir. Stendləşmənin icrası zamanı ağırlaşmlara 4 xəstədə (9,1%), müdaxilədən sonra erkən ağırlaşmalar 10 xəstədə (22,7%), gecikmiş ağırlaşmalar isə 5 xəstədə (11,4%) qeydə alınmışdır. Bu zaman xəstələrə restentləşmə aparılmışdır. Nəticə. Özüaçılan metalik stentlərlə endoskopik stentləşmə - qida borusunun keçməməzliyini aradan qaldıran və minimal ağırlaşmalarla müşahidə olunan az invaziv üsuldur. Açar sözlər: qida borusunun xərçəngi, özüaçılan metallik stentlər, erkən və geçikmiş ağırlaşmalar


2021 ◽  
Vol 14 (09) ◽  
pp. 29-32
Author(s):  
Səbinə Vahid qızı Ramazamova ◽  
◽  
Ülkər Əlisəfa qızı Məmmədova ◽  
Nuranə Nuranə Adil qızı Quliyeva ◽  
◽  
...  

Uşaqlıq qanaxmaları menstruasiya ilə müqayisədə uzun müddətli olması, qan itkisinin həcmi və qatılığı ilə fərqlənən anormal ifrazatlardır. Uşaqlıq qanaxmaları follikulların persistensiyası və atreziyası fonunda əmələ gəlir. Bu zaman estrogenlərin sabit, monoton ifrazı təmin edilir. Yəni, ovulyasiya olmur, sarı cism əmələ gəlmir, estrogenlərin uzun müddətli təsiri nəticəsində isə endometriyada hədsiz miqdarda proliferasiya baş verir. Bu da endometriyanın ayrıca hissələrə bölünməsinə səbəb olur və qanaxmaların müddəti uzanır. Qadının həyatının müxtəlif yaş dövrlərində anormal uşaqlıq qanaxmalarının diaqnostik meyarları, müasir müayinə üsulları haqqında biliklər vaxtında diaqnoz qoymağa və müvafiq müalicəyə imkan verir. Açar sözlər: uşaqlıq, qanaxam, menstruasiya, qan itkisi, yaş dövrləri, diaqnostika, müalicə


2021 ◽  
Vol 14 (09) ◽  
pp. 33-38
Author(s):  
Ализаман Талыб оглу Расулов ◽  

Нами установлено, что качество винограда зависит от применении органоминеральных удобрении. При внесении N90P90K220+10 т. птичий помост производится качественный виноград для свежего потребления пригодным для хранении и транспортировки. При среднем урожай 100ц/га виноград расходует на построении своих органов примерно следующее количество элементов минерального питания: кальция 90-100 кг, калия 60-70 кг, азота 60-70 кг, фосфора 25-30 кг. Если потеря минеральных веществ не возмещается, то плодородие почвы и урожайность винограда с годом убывают. Поэтому ежегодно необходимо вносить в почву органоминеральных удобрений. Ключевые слова: удобрение, качества столового винограда, свежего потреблении, хранение и транспортировки


2021 ◽  
Vol 14 (09) ◽  
pp. 18-22
Author(s):  
Sayalı Yolçu qızı İbrahimova ◽  
◽  
Gülarə Rüfət qızı Sadıxova ◽  
Səadət Babaxan qızı Cahangirova ◽  
◽  
...  

Xülasə Məlumdur ki, ürəyin işemik xəstəliyi geniş yayılmış xəstəlikdir. Bu, bütün dünyada ölüm, daimi və müvəqqəti əlillik və əlilliyin əsas səbəbidir. Ürək-damar xəstəlikləri ölüm siyahısında birinci yeri tutur, burada işemik ürək xəstəliyinin payı təxminən yüzdə 40-dır. İndiki vaxtda ürəyin işemik xəstəliyi bizim taleyimiz deyil, uzun illər həyatımızı xilas etməyə kömək edəcək optimal müalicə taktikasını seçmək hərəkətin esas dogru sebebi olar. Açar sözlər: kardiologiya, faktorlar, miokard infarktı, simptomları


2021 ◽  
Vol 14 (09) ◽  
pp. 23-28
Author(s):  
Гюлара Рюфет гызы Садыхова ◽  
◽  
Саялы Йолчу гызы Ибрагимова ◽  
Сеадет Бабахан гызы Джахангирова ◽  
◽  
...  

Sinir sistemi - orqanizmin önəmli fizioloji sistemidir. Bu sistemsiz çoxsaylı hüceyrələrin, toxumaların, orqanların birgə fəaliyyət göstərməyi mümkün deyil. Beləliklə, sinir sisteminin fəaliyyəti nəticəsində insanlar ətraf mühitlə əlaqəli olaraq onun mükəmməllikliyinə valehdirlər və onun sirrini öyrənməyə qabildirlər. Nəhayət, sinir sisteminin fəaliyyəti sayəsində insan ətraf təbiətə aktiv təsir edərək, onu lazımı şəkildə dəyişdirə bilər. Açar sözlər: sinir sistemi, refleks, 2 siqnal sistemi, nitq


2021 ◽  
Vol 14 (09) ◽  
pp. 10-13
Author(s):  
Jala Hasan Zeynalova ◽  
◽  
Gulnara Salam Mammedova ◽  
Gunel Mammad Sultanova ◽  
İrada Arif Mammedxanova ◽  
...  

Ağız boşluğunda yastı dəmirovun meydana gəlməsi ilə bağlı irəli sürülən bir sıra nəzəriyyələrə baxmayaraq, bu növ allergiya polietioloji hesab olunur.Ağız boşluğunun qırmızı yastı dəmirovu bir insandan digərinə keçə bilməz. Xəstəlik immun sisteminin naməlum səbəblərdən ağızın selikli qişasında hüceyrələrin strukturunun pozulması nəticəsində baş verir. Simptomlar adətən müalicə olunur, lakin ağızda qırmızı yastı dəmirovu olan insanlar mütəmadi həkim konsultasiyasına ehtiyac duyurlar. Açar sözlər: ağız boşluğunun qırmızı yastı dəmirovu, fotodinamik terapiya, metilen abısı


Sign in / Sign up

Export Citation Format

Share Document