Calculating of demand nutrituous food of cattle-breeding in Ganja-Qazakh zones and learning of food regime composition

2021 ◽  
Vol 15 (10) ◽  
pp. 25-29
Author(s):  
Günel Sərdar qızı Əmiri ◽  
Keyword(s):  

Tədqiqat işi Şəmkir rayonunda yerləşən “Süleyman” kəndli fermer təsərrüfatında, “Zoomühəndislik fakültəsinin” “Heyvandarlıq məhsullarının istehsalı texnologiyası” kafedra-sının laboratoriyasında aparılmışdır. Tədqiqat zamanı Gəncə-Qazax zonasında iri buynuzlu heyvanların qidalı maddələrə olan tələbatının hesablanması və yem rasionunun tərtibinin öyrənilməsi, elmi tədqiqat işlərinin istifadə edilməsinin əhəmiyyəti və keyfiyyəti göstərilmişdir. Heyvanların böyüməsi, inkişafı, məhsuldarlığı iri buynuzlu heyvanların damazlıq keyfiyyətinin təkmilləşdirilməsi xeyli dərəcədə tam qiymətli yemləmədən asılıdır. İri buynuzlu heyvanların tam dəyərli yem rasionu ilə yemləndirilməsi nəinki çəki artımının yüksəlməsinə, həmçinin yemlərin və yem payının tərkibində olan qida maddələrinin orqanizm tərəfindən yaxşı mənimsənilməsinə müsbət təsir göstərir. Açar sözlər: inək, qidalı maddələr, yem rasionu, saxlayıcı yem, məhsuldar yem, reproduktiv yem, Ca, P, NaCl, karotin

Sign in / Sign up

Export Citation Format

Share Document