Reactive oxygen species. Their physiological and pathological role
Məqalədə müasir elmi tədqiqatlara və araşdırmalara əsaslanaraq, oksigenin reaktiv formalarının hüceyrədə fizioloji və patoloji rolu, növləri, bioloji xüsusiyyətləri, antioksidant sistemin fəaliyyəti kimi məqamlar öz əksini tapmışdır. Oksigenin reaktiv formaları aerob tənəffüs zamanı, elektron nəqliyyat zəncirinin ara məhsulları olaraq sintez olunur. ORF-ı hüceyrədəki konsentrasiyasından, sintez və parçalanma səviyyəsindən, hüceyrə komponentlərinə təsir müddətindən asılı olaraq həm fizioloji həm də patoloji proseslərdə iştirak edirlər. Açar sözlər: oksigenin reaktiv formaları (ORF), elektron nəqliyyat zənciri, antioksidant, oksidativ stress, aerob tənəffüs