TƏDQİQATLARIN AVTOMATLAŞDIRILMIŞ VAHİD İNFORMASİYA SİSTEMİNİN İŞLƏNMƏSİNİN KONSEPTUAL MODELİ
Məqalə tədqiqatların avtomatlaşdırılmış vahid informasiya sisteminin (İS-in) işlənməsinin konseptual məsələlərinə həsr olunmuşdur. İnformasiya ehtiyatlarının təsnifatı, keyfiyyət göstəriciləri göstərilmiş, e-elm mühitində elmin idarə olunması üçün vahid İS-in yaradılmasının zəruriliyi vurğulanmışdır. Elmi tədqiqat nəticələrinin inteqrasiyası əsasında qurulmuş Cari Tədqiqat İS-in (ing. Current Research Information Systems, CRIS) əsas iş prinsipləri, funksional imkanları, arxitekturası haqqında məlumat verilmiş, bu tipli sistemlərin yaradılmasında Norveç, Böyük Britaniya və Rusiya təcrübəsi araşdırılmışdır. Layihələrin oxşar və fərqli xüsusiyyətləri, yaradılması üçün görülmüş işlər haqqında məlumat verilmişdir. Beynəlxalq təcrübənin araşdırılması nəticəsində ölkəmizdə analoji sistemin yaradılmasının zəruriliyi vurğulanmış, təklif olunan sistemin konseptual modeli işlənmişdir. Sistemdə informasiya axınları, məlumatların əlaqələndirilməsi sxemi və yaradılmasında mövcud problemlər diqqətə çatdırılmışdır. Göstərilmişdir ki, sistem elmi fəaliyyətin qiymətləndirilməsi və elmin idarə olunması məsələlərinin həllinə dəstək verəcək, idarəetmədə operativliyi, dəqiqliyi, şəffaflığı artıracaq, mütərəqqi və keyfiyyətli idarəçiliyə səbəb olacaqdır.