Açar sözlər: Azərbaycan tarixşünaslığı, ibtidai cəmiyyət, əhali məksunlaşması, əhali artımı, tarixi demoqrafiya Key words: Azerbaijani historiography, primitive society, population settlement, population growth, historical demography Azərbaycan ərazisində insanların məskunlaşması bəşər tarixinin ən qədim dövrü olan ibtidai icma quruluşundan başlayır. Bu konsepsiya öz əksini Məmmədəli Hüseynovun 1970-80-ci illərdə nəşr olunmuş “Azərbaycan arxeologiyası (daş dövrü)”, “Azərbaycanın qədim paleolit dövrü”, “Azərbaycanda paleolit” və d. qiymətli əsərlərində geniş şəkildə tapmışdır (Гусейнов М.М. Археология Азербайджана (каменный век). Баку, АГУ, 1975, 162 с; Гусейнов М.М. Древний палеолит Азербайджана: культура Куручай и этапы её развития: 1,500,000-70 тысяч лет назад. Баку, Элм, 1985, 71 с; Гусейнов М.М. Палеолит Азербайджана (в соавторстве с А.К. Джафаровым). Баку, Элм, 1986, 17 с). M.Hüseynov haqlı olaraq, Vətənimizin əlverişli iqlimə, rəngarəng relyefə, təbii-coğrafi xüsusiyyətlərə malik olması kimi amilləri əsas götürərək burada ulu əcdadlarımızın hələ alt paleolit, daha dəqiq desək artıq şell-aşel dövründən üzü bəri məskunlaşması üçün hər cür şəraitin olması qənaətinə gəlmişdir: I Beynəlxalq Humanitar və İctimai Elmlərin Əsasları Konfransının Materialları / (24 dekabr 2021) Materials of the I International Conference on Humanities and Social Science / (24 December 2021) DOI: https://www.doi.org/10.36719/2709-4197/2021/1/1 8 “Bütün bu amillər ilk insanların Azərbaycan ərazisində hələ şell-aşel dövründə yayılmasını göstərir” (Huseynov, 1973: 23).